PDF Oxu

Siyasət

  • 2 052

Ədliyyə Nazirliyində ATƏT DTİHB Seçki Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüş olub

Ədliyyə Nazirliyində ATƏT DTİHB Seçki Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüş olub

Ədliyyə nazirinin müavini Toğrul Musayev fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Eoqan Mörfi və üzvləri ilə görüşüb. Secki-2024.az saytı xəbər verir ki, tədbirdə Seçki Müşahidə Missiyasının məqsəd və fəaliyyəti, Azərbaycana səfərinin və keçirdiyi görüşlərin əhəmiyyəti qeyd olunub. Ölkəmizin ilk dəfə bütün ərazilərində keçiriləcək prezident seçkilərində ədliyyə orqanlarının vəzifələri, siyasi partiyaların seçkilərdə iştirakı, onların fəaliyyətinin yeni qanunvericiliyinin tələblərinə uyğun qurulması müzakirə edilib.Qonaqlar penitensiar müəssisələrdə seçkilərin keçirilməsinin təşkili, seçici siyahılarının hazırlanmasında nazirliyin iştirakı, müvafiq məlumatların yoxlanılması ilə bağlı ekspertizanın keçirilməsi barədə məlumatlandırılıb.İnteraktiv müzakirə şəraitində keçən görüşdə maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər