PDF Oxu

Siyasət

  • 2 059

Mərakeşin media nümayəndələri Azərbaycanda keçiriləcək prezident seçkiləri barədə məlumatlandırılıb

Mərakeşin media nümayəndələri Azərbaycanda keçiriləcək prezident seçkiləri barədə məlumatlandırılıb

Azərbaycanın Mərakeş Krallığındakı səfirliyi tərəfindən bu ölkənin aparıcı media qurumlarının təmsilçiləri ilə görüş keçirilib. Secki-2024.az saytı xəbər verir ki, görüşdə Mərakeşdə fransız dilində yayımlanan və geniş oxucu kütləsinə malik “Le Matin”, “L’Opinion”, “Al Bayane”, “La Vie eco”, “TelQuel”, “Le Desk” kimi media qurumlarının, eləcə də Mərakeşin rəsmi dövlət informasiya agentliyi olan “Maghreb Arab Presse”in rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.Ölkəmizin Mərakeş Krallığındakı səfiri Nazim Səmədov media təmsilçilərinə fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesinə dair ətraflı məlumat verib. Səfir bu seçkilərin tarixi əhəmiyyət kəsb etdiyini və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən sonra müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində təşkil ediləcəyini xüsusi vurğulayıb.Mərakeş mətbuatının təmsilçiləri ölkəmizi daha yaxından tanımaq marağını nümayiş etdirib, Azərbaycanın tarixi, mədəniyyəti, xarici əlaqələri, siyasi və iqtisadi münasibətləri, bölgədəki geosiyasi reallıqlarla bağlı obyektiv məlumat əldə etmək baxımından bu kimi görüşlərin vacib olduğunu qeyd ediblər. Səfir media nümayəndələrinin qeyd olunan mövzularda ünvanladıqları sualları cavablandırıb.Görüşdə, həmçinin sözügedən media nümayəndələrinin cari il fevralın əvvəlində ölkəmizə nəzərdə tutulan səfərinə dair fikir mübadiləsi aparılıb, səfərin proqram layihəsi detallı müzakirə olunub.

Digər xəbərlər