NATO-nun 2022-ci ildə Madriddə etdiyi görüşdə Çin, Rusiya NATO-nun düşməni olaraq göstərildi”. Bu barədə SİA-ya açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib. Onun sözlərinə görə, NATO əhatəsini genişləndirir, İsveçin qatılması ilə üzv sayı 32-yə çatacaq: “Bununla yanaşı NATO ölkələrinin müdafiə xərcləri artırılır, orduları daha da modernləşdirilir. Eyni zamanda irəlidəki günlərdə 90 min nəfərin iştirakı ilə NATO tarixinin ən böyük təlimi keçiriləcək. Bu təlimlə ABŞ-dən yəni Atlantikin digər ərazilərindən qüvvələrin Avropaya nəqli həyata keçiriləcək. Təlim ssenarilərində düşmən Rusiya olaraq göstərilir. Dolayısı ilə Rusiya-Ukrayna müharibəsində yorulan, imkanları azalan Rusiyanı hərbi və iqtisadi olaraq çətin vəziyyətdə ikən müharibəyə məcbur etməyə çalışır. Rusiyanın 2030-2040-cı illərdə NATO-ya hücum planlarından bəhs edilir. Avropa qitəsinə Rusiyanın böyük bir təhdid olduğu və onlara hücum edəcəyi ssenariləri yeridilir”.Y.Karauz bildirib ki, dünya ikinci dünya müharibəsindən sonra ən kritik pozisiyaya, 3-cü dünya müharibəsinin astanasına gəlib: “Burada qazanan silah şirkətləri olur. Bu silahları istehsal edənlər qarşılıqlı olaraq bütün tərəflərə silah sataraq ciblərini doldurur. NATO yaxın və orta gələcəkdə Rusiyanın daha böyük güc olmasına mane olacaq şəkildə hərəkət edəcək. Qurulan ssenaridə NATO ölkələrinə hücum ediləcəyi və 5-ci maddə əsas götürülərək ortaq fəaliyyətə keçəcəyi təxmin edilir. Burada Rusiya ilə sərhəd olan Qafqaz və Avropa ölkələrində meydana gələ biləcək provakasiyalara və müxtəlif kəşfiyyat oyunlarına diqqət etmək lazımdır”.
Müəllif: Rəşid Qarayev