PDF Oxu

Siyasət

  • 1 851

Fransalı tarixçi: “Yeddi fevral seçkiləri sabitlik və əmin-amanlıq şəraitinin təsbit olunması məqsədini daşıyır”

Fransalı tarixçi: “Yeddi fevral seçkiləri sabitlik və əmin-amanlıq şəraitinin təsbit olunması məqsədini daşıyır”

“2022-ci ildə Azərbaycanın ÜDM-i əvvəlki rekordunu üstələyib və iqtisadiyyatın şaxələndirilməsi dayanmadan davam edir. Bu, sabitlik, daxili və xarici uğurlardan irəli gəlir". Bunu secki-2024.az saytına açıqlamasında Fransanın Avrasiya Araşdırmalar Mərkəzinin eksperti, fransalı tarixçi Maksim Quen (Qauen) fevralın 7-nə təyin olunmuş prezident seçkilərini şərh edərkən deyib.Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində həmişə konsensus olub bu da 2020 və 2023-cü illərin hərbi uğurlarına öz töhfəsini verib.“Aydındır ki, bu uğur qarşıdan gələn prezident seçkilərinin məna və nəticələrinə nəzərəçarpacaq dərəcədə təsir göstərəcək. Belə ki, müqayisə üçün Türkiyənin 1922-ci ildə hərbi qələbəsi və növbəti ildə Lozanna müqaviləsində təsbit olunmuş diplomatik qələbəsi 1923-cü ildə Türkiyədə qanunvericilik orqanlarına keçirilmiş seçkilərə öz təsirini göstərdi. Ona görə də əminliklə deyə bilərəm ki, Azərbaycanda qarşıdan gələn prezident seçkiləri əldə edilmiş sabitlik və əmin-amanlıq şəraitinin təsbit olunması məqsədini daşıyır. Bununla əlaqədar, Azərbaycan xalqına cəmiyyətin müasirləşdirilməsi və konsolidasiyası istiqamətində səylərini davam etdirməyi arzu edirəm", - deyə Maksim Quen vurğulayıb.

Digər xəbərlər