PDF Oxu

Siyasət

  • 1 913

Azərbaycanın xaricdəki diplomatik missiyalarında prezident seçkiləri Koreyada başlayacaq, ABŞ-də bitəcək

Azərbaycanın xaricdəki diplomatik missiyalarında prezident seçkiləri Koreyada başlayacaq, ABŞ-də bitəcək

Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında fevralın 7-də keçiriləcək prezident seçkiləri ölkəmizin Koreya Respublikasındakı səfirliyində başlayacaq, ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulluğunda tamamlanacaq. Seçki-2024.az saytı xəbər verir ki, seçkilər ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq.Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Digər xəbərlər