PDF Oxu

Siyasət

  • 1 871

"Onlar Azərbaycanın xaricdəki düşmənləri ilə eyni dildə danışırlar” - POLİTOLOQ

"Onlar Azərbaycanın xaricdəki düşmənləri ilə eyni dildə danışırlar” - POLİTOLOQ

“Bu gün AŞPA-nın ölkəmizin apardığı xarici siyasəti tənqid etməsi, təbii yenə də Azərbaycana qara yaxmaqdan ibarətdir”. Bu barədə SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Onun sözərinə görə, belə məlum olur ki, bu adamlar elə Azərbaycana qarşı müxtəlif sanksiyalar tələb edənlərlə bərabər hərəkət edirlər: “Heç də təsadüfi deyil. Onlar Azərbaycanın böyük uğurlara əl atdıqları zaman, torpaqlarımız işğaldan əsgərlərimizin qanı bahasına azad edildikdən sonra da iqtidarı tənqid etməyə səbəb tapırdılar. Onlar elə ona görə müxalifət adlanır ki, iqtidarın atdıqları bütün addımları, hətta qazandıqları uğurları da tənqid etsinlər”.Politoloq bildirib ki, bu gün xaricdən olan bədxahlarımızın bizə qarşı olan hücumları hibrid müharibənin yeni formasıdır: “Ermənistan və onun himayədarları hərbi sahədə, döyüş cəbhəsində məğlub olduqdan sonra müharibəni diplomatik sahəyə keçiriblər. İndi Azərbaycanın öz daxili, regional, qlobal güclərə qarşı müharibəsi diplomatik sahədə davam etdirilir. Heç şübhə yoxdur ki, 44 günlük müharibə zamanı olduğu kimi yenə də Azərbaycan millət öz düşmənlərinin bütün həmlələrini dəf edəcək. Bu gün bizim müxalif qüvvələrin səsləndirdiyi fikirlərə diqqət yetirmək məqsədimiz yoxdur. Çünki onlar da elə xaricdəki Azərbaycana düşmən olan qüvvələrlə eyni dildə danışırlar”.

Müəllif: Rəşid Qarayev

Digər xəbərlər