PDF Oxu

Siyasət

  • 1 607

"Senatın qəbul etdiyi qərar kağız parçasından artıq deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

"Senatın qəbul etdiyi qərar kağız parçasından artıq deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

"Məlum olduğu kimi Fransa senatında absurd anti-Azərbaycan sənədi qəbul edilmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib.Deputat bildirib ki, bu sənədi birinci növbədə, Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirirəm: "İkincisi, bu sənəd Ermənistanda revanşist qüvvələrin yenidən alovlanmasına, dəstəklənməsinə xidmət edir. Nə zaman danışıqlar prosesində müsbət məqam yaranır, Ermənistan rəsmiləri tərəfindən Azərbaycanın təklifləri ilə bağlı cavab göndərilir və proses ölü nöqtəsindən tərpənməyə doğru gedir, dərhal Fransa Senatı hərəkətə keçir. Yaranmış atmosferi yenidən pis məcraya yönəldir. Fransa hal-hazırda diplomatik cəbhədə təzyiqlərini davam etdirir. Eyni zamanda hərbi-siyasi cəbhədə Ermənistanın silahlandırılması prosesi davam edir. Dəfələrlə qeyd etmişik ki, Fransanın Cənubi Qafqazdakı real-politik vəziyyətini qəbul edə bilməməsi Fransanın çıxılmaz vəziyyətə düşdüyünün göstəricisidir. Bundan ötrü bütün destruktiv addımlara əl atır"."Absurd fikir ondan ibarətdir ki, Azərbaycanın Ermənistana təcavüz etməsini guya ermənilərin Qarabağdan etnik təmizləməyə məruz qalması kimi fikirlər səsləndirir. Halbuki Fransanın tarixinə, müasir siyasətinə baxsaq, Fransa demək olar ki, insan hüquqlarının pozulması, müstəmləkə kimi əsarət altında saxlayıb istismar etdiyi ərazilərində etnik təmizləmə aparır, insanlar öz dillərində danışa bilmirlər. Komor adalarında, Yeni Kaledoniyada və s. bu belədir. Avropa Parlamentində də Fransa Azərbaycana qarşı qərəzli mövqeyini işə salır.Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsindən belə bir açıqlama gəlmişdi ki, onlar seçkiləri müşahidə etməyəcəklər. Bu, çox təəccüblüdür. Birinci, Avropa Parlamentini və Avropanın müvafiq institutlarını heç kim dəvət etməmişdi. Onlar qabaqdangəlmişlik edərək öz destruktiv mövqelərini ortaya qoyurlar. Bütün bunları bir yerə qoysaq, məlum olur ki, Avropa İttifaqı, Fransa reallıqları davam etdirmək istəmir. Əlindən gələn bütün resurslarını xərcləmək istəyir ki, Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirsin. Ancaq buna nail ola bilməyəcək. Bizim üçün o Senatın qəbul etdiyi qərar kağız parçasından artıq deyildir. Azərbaycan Cənubi Qafqazda söz və güc sahibidir. Cənubi Qafqazda Azərbaycanla razılaşdırılıb həll edilməyən heç bir məsələ, sənəd qəbul edilə bilməz" -deyə deputat sözlərinə əlavə edib.
Müəllif: Söylü Ağazadə

Digər xəbərlər