PDF Oxu

Siyasət

  • 1 837

Deputat: “İşğaldan azad edilmiş regionlarda yaradılan seçki məntəqələri standartlara tam uyğundur”

Deputat: “İşğaldan azad edilmiş regionlarda yaradılan seçki məntəqələri standartlara tam uyğundur”

“Böyük Qayıdışa dair I dövlət proqramına uyğun olaraq işğaldan azad edildikdən sonra əhalisi geri qayıtmış kəndlərimizdə formalaşdırılan seçki məntəqələri bütün standartlara tam cavab verir. Həmin məntəqələrdə seçicilər rahat və sərbəst şəkildə öz iradələrini ifadə edə biləcəklər. İşğaldan azad edilmiş regionlarda şəffaf seçki mühitinin yaradılması təqdirəlayiqdir”. Bunu secki-2024.az saytına açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.O bildirib ki, seçki mühiti və nəticələrin obyektivliyi hər bir ölkədə demokratiyanın inkişaf səviyyəsini təcəssüm etdirir: “Gənc və müstəqil dövlət olan Azərbaycanda seçkilərin şəffaf və azad şəraitdə keçirilməsi demokratik prinsiplərə sadiqliyimizi təsdiqləyir. Fevralın 7-də keçiriləcək prezident seçkilərində həm yerli, həm də beynəlxalq nümayəndələr müşahidə aparacaqlar. Bu fakt özlüyündə seçki prosesinin ədalətli prinsiplər üzərində aparıldığını deməyə əsas verir. Təşviqat mərhələsində bütün namizədlərə sərbəst və aktiv kampaniya aparmağa şərait yaradılıb. Namizədlərə seçki platformalarını seçicilərə çatdırmaları üçün media subyektlərində vaxt ayrılıb. Seçkiöncəsi mühiti monitorinq edən QHT-lər namizədlərlə görüşlər keçirirlər və onlar da yaradılmış şəraiti yüksək dəyərləndirirlər”.E.Məmmədov onu da vurğulayıb ki, prezident seçkilərinin Azərbaycanın bütün ərazilərində keçirilməsi prosesə əlavə stimuldur: “Bu amil seçici fəallığının yüksək səviyyədə olacağını deməyə də əsas verir”.

Digər xəbərlər