PDF Oxu

Siyasət

  • 1 612

Britaniya Azərbaycanlıları İcmasının rəhbəri: “Xalqımız müstəqillik tariximizin yeni bir şanlı səhifəsinə imza atır”

Britaniya Azərbaycanlıları İcmasının rəhbəri: “Xalqımız müstəqillik tariximizin yeni bir şanlı səhifəsinə imza atır”

“Bu il xalqımızın həyatında ən önəmli illərdən birinə çevrilmək üzrədir. Çünki xalqımız Azərbaycanın müstəqillik tarixinin yeni bir şanlı səhifəsinə imza atır. 30 illik həsrətdən sonra ərazi bütövlüyü çərçivəsində prezident seçkilərinin keçirilməsi böyük tarixi hadisədir”. Bunu secki-2024.az saytına açıqlamasında Britaniya Azərbaycanlıları İcmasının rəhbəri Fəridə Pənahova deyib.O xatırladıb ki, Azərbaycan işğal altında olan bütün torpaqlarını azad edib: "Tarixi ədalət bərpa olunub və hazırda Azərbaycanın bütün guşələrində üçrəngli bayrağı dalğalanır. Hazırda işğaldan azad edilmiş ərazilərdə dövlətimiz bərpa və yenidənqurma işləri aparır. Öz ata-baba yurdlarına dönüş edən keçmiş məcburi köçkünlərin və ümumilikdə bütün azərbaycanlıların həyatında yeni bir dövr - Zəfər dövrü başlayıb. Mən də bu fürsətdən istifadə edərək öz icmamız adından qürur mənbəyimiz olan Azərbaycanın hər bir anının sülh və əmin-amanlıq içərisində keçməsi, torpaqlarımızın çiçəklənməsi və hər bir azərbaycanlının xoşbəxt yaşaması arzusu ilə xalqımıza müraciət edirəm: Fevralın 7-nə təyin olunmuş prezident seçkilərində aktiv iştirak etsinlər”.

Digər xəbərlər