Hitlerin nəvələri dünyanı yeni müharibələr və münaqişələrlə hədələyirlər
Tarixin ən qəddar hərbi-siyasi təşkilatının faşizm olduğunu desək, səhv etmərik. Çünki bu hərbi-siyasi təşkilat hakimiyyətə gəlişi ilə insanlığa, bəşəriyyətə fəlakətlər gətirdi. Yalnız İkinci Dünya müharibəsi ilə 70 milyon insan həyatını itirmiş, 200 milyon insan yaralanmış, minlərlə yaşayış məskəni dağıdılmışdır. Faşizm ideologiyası İtaliyada yaransa da, əsas fəaliyyəti və inkişafı Almaniyada baş vermişdir. Faşizm ideologiyasının şüarını millətçilik, irqçilik və sosial bərabərlik kimi populist prinsiplər təşkil etsə də, əslində, məqsədi və niyyəti xalqları müxtəlif vasitələrlə əsarət altında saxlamaq olub. Faşistlər öz maraqlarını ətraf ölkələrdə yaymaq üçün məqsdli proqram hazırlayıb, həyata keçirmişlər. Nəticədə Macarıstanda, Bolqarıstanda və digər Avropa ölkələrində faşizm yaradılmış və hakimiyyətlərə təsir etmək imkanını əldə etmişlər. Bununla belə ən güclü faşit mərkəzləri İtaliya və Almaniyada olmuşdur. İtaliyada faşist təşkilatı 1919-cu ilin martında meydana gəlmişdir. Onu, vaxtilə İtaliya sosialist partiyasının üzvü və 1914-cü ildə həmin partiyadan qovulan Benito Mussolini yaratmışdı. Təşkilat əvvəllər “Faşio di Kombatimento” (“mübarizə ittifaqı”) adlanmış, 1919-cu ilin martından etibarən isə faşist mübarizə dəstələrinin ittifaqı” adlandırılmışdı. 1921-ci ilin noyabrından o, “Milli faşist partiyası” adlanmış, B. Mussolini onun ali rəhbəri elan olunmuşdu. Faşizm inkişaf edib, təşəkkür tapdıqca onun sıraları da genişlənirdi. Artıq 1921-ci ildə nasistlərin sıralarında 350 minə yaxın adam təmsil olunurdu. Dəfələrlə yerli hakimiyyət faşist ideologiyasının təmsilçilərini sıradan çıxartmağa çalışsa da, istəklərinə nail ola bilməmişlər. Faşist hərəkatı siyasi partiyaya çevrildikdən sonra bir qədər də güclənmiş və mübarizliyinə görə daha amansız xarakter almışdır. Nəticədə özlərindən çox razı olan faşistlər bir neçə dəfə dövlət çevrilişlərinə cəhdlər göstərdilər. Lakin bütün cəhdləri amansızlıqla yatırıldı. Onlarla nasist öldürüldü, yüzlərlə nasit isə həbsxanalara atıldılar, lakin yenə də mübarizlərindən geri çəkilmədilər. Nəhayət, növbəti dövlət çevrilişlərinin biri uğurlu sonluqla yekunlaşdı. İtaliyada Mussolini kral III Emmanuilini taxtdan uzaqlaşdırmaqla hakimiyyəti ələ keçirdi.
Faşistlərin şüarı: “İnanmaq, tabe olmaq, döyüşmək!”
1922-ci il dekabrın 15-də Mussolini başda olmaqla “Böyük faşist Şurası" yaradıldı. O, İtaliya faşist iyerarxiyasının ali hakimiyyət orqanı idi. BFŞ həm qanunvericilik, həm də icraedicilik səlahiyyətlərini öz üzərinə götürmüşdü. Mussolini gəncləri faşist partiyası ətrafında toplamaq üçün bütün gənclər və uşaq təşkilatlarını yarım hərbi gənclər təşkilatında-İtaliya fəxri keşikçisi təşkilatında birləşdirdi. Təşkilatın başlıca şüarı – “İnanmaq, tabe olmaq, döyüşmək!” idi. Sonra məhz bu şüarla italiya faşistləri Almaniya lideri olan Adolf Hitlerin rəhbərliyi ilə bəşəriyyətə uzun əsrlər unudulmayacaq faciələr yaşatdılar. Almaniyada ilk faşist təşkilatı 1919-cu il yanvarın əvvəllərində Anton Drekslerinin rəhbərliyi ilə “Alman fəhlə partiyası” adı ilə yaradılsa da, sonradan hərəkatın adı dəyişdirilmişdir. Daha doğrusu, yeni yaranan “Alman nasional sosialist fəhlə partiyası”nın rəhbəri Adolf Hitler seçilmişdi. 1923-cü ilin noyabrında nasistlər Veymar respublikasına qarşı “milli inqilab”, “pivəxana qiyamı” təşkil etməyə cəhd göstərmişdilər. Qiyam baş tutmamışdı. “Pivəxana qiyamı”nın təşkilatçılarından biri kimi Hitler tutularaq 5 il həbsə məhkum edilmişdi. Hitlerin həbsindən sonra alman faşist hərəkatında səngimə baş verdi. Partiya daxilində ikitirəlik yarandı. Hitlerin razılığı olmadan 1924-cü ilin avqustunda keçirilən qurultayda NSDAP və DAP “Azad nasional-sosialist partiyası” adı altında birləşdilər. Lyudendorf, Grefe və Qriqori Ştrasserlər partiyanın rəhbərliyinə seçildilər. Həbsxanadan çıxan A.Hitler 1924-cü ilin dekabrında NSDAP-ın bərpa olunduğunu elan etdi. Hitlerin təşəbbüsü ilə hələ 1921-ci ildə yaradılmış “Hücumçu dəstələri (SA)” və 1923-cü ildə təşkil olunan “Müdafiə dəstələri (SS)” genişləndirildi. 1927-ci ildə isə H.Himmler SS-in reyxsfüreri təyin olundu. Hitler Adolf (Şiklqruber) (1889-1945)- Almaniya nasist partiyasının və dövlətinin başçısı. Avstriyanın Braunau şəhərində anadan olmuşdu. 1913-cü ildə Münxenə köçmüşdü. O, 1918-ci ildə Bavar Sovet Qırmızı ordusunun tərkibində olan ikinci korpusda yefreytor olmuşdur. Millətçi və antisemit “nəzəriyyə”lərin qatı tərəfdarı olması ilə fərqlənmişdi. 1919-cu ilin payızında o, A.Drekslerin təşkil etdiyi “Alman fəhlə partiyasına” (sonradan “Alman nasional-sosialist fəhlə ittifaqı”) daxil olmuşdu. 1920-ci ildən “Alman nasional-sosialist fəhlə partiyası”nın lideri (füreri) olmuşdu. 1923-cü ildə “pivəxana qiyamı” adlandırılan dövlət çevrilişi cəhdinə görə həbs olunmuşdur, Həbsdə olarkən tanış olduğu Rudolf Gessle birlikdə “Mayn kampf (“Mənim mübarizəm”) kitabını yazmışdı. Kitab tarixə faşist təcavüzkarlığının proqram sənədi kimi daxil olmuşdur. Bu kitabın nəşrindən sonra A. Hitler Almaniyanın ən populyar və varlı adamlarından birinə çevrilmişdi. Ölkədə böyük nufuz qazanması A.Hitlerə hakimiyyəti ələ keçirməyə həvəsləndirdi. A.Hitler 1933-cü ildə Üçüncü reyxin, 1934-cü ildə isə totalitar nasist diktaturasının reyx kansleri, və nəhayət rəhbəri seçilmişdir. Dünaynın qara günləri də bundan sonara başlamışdır.
70 milyon insanın itkisi ilə başa çatan İkinci Dünya Müharibəsi
1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ arasında 10 il müddətinə bir-birinə hücum etməmək haqqında müqavilə imzalansa da, sonradan Hitler razılaşmanı pozaraq 1941-ci il uyulun 22-də SSRİ-yə hücum etdi. O günə qədər artıq faşistlər Polşa daxil olmaqla bir neçə Avropa ölkəsini işğal etmişdilər. Bu elə məqam idi ki, İngiltərə, Fransa, Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə qoşulmuşdular, ABŞ isə bu gün ki, hiyləgər və məkrli siyasətinə uyğun olaraq o zaman özünü bitərəf dövlət elan etmişdir. Sonradan ABŞ-da müharibəyə qoşulmaq məcburiyyətində qaldı və beləliklə, müharibədə döyüşən dövlətlərin sayı 60-a yüksəldi. Hadisələrin inkişafı təsdiq edir ki, müharibədə dünya əhalisinin 85 faizi, yəni 1, 8 milyard insan iştirak etmişdir, onlardan 120 milyonun əlində silah bir –birini məhv etməyə çalışmışlar. Ən qanlı savaş Almaniya ilə SSRİ arasında baş verdi. A.Hitlerin “Barbarossa” strateji planına görə, üç həftə ərzində SSRİ məğlubiyyətə uğramalı idi. Bu məqsədlə faşist Almaniyası 6 milyona yaxın canlı qüvvə olmaqla 190 diviziya, 4300 tank, 47 min top və minaatan, 4980 döyüş təyyarəsi və 192 döyüş gəmisindən ibarət qüvvə ilə SSRİ-nin ilhaqı üçün hücuma keçdilər. Faşistlər elə hesab edirdilər ki, böyük əraziyə və çoxmillətli dövlətə malik sovetlər hücum etməklə xalqlar mərkəzi hakimiyyətlə əlaqələrini kəsib, müstəqilliyə və suverenliklərinin qorunmasına can atacaqlar. A.Hitler bu barədə demişdir: “Rusiyanın geniş ərazisində yaşayan xalqlara münasibətdə siyasətimiz istənilən formada fikir ayrılığı və parçalanmanı təqdir etməkdir”. Lakin nasistlərin uzaqlara hesablanan planları iflasa uğradı. O zaman SSRİ-ni öz dövlətləri hesab edən xalqlar vahid bayraq altında birləşməklə faşizm kimi yırtıcı düşmənə qarşı birgə mübarizə apardılar. Amansız müharibə SSRİ-nin faşizm üzərində qələbəsi ilə başa çatdı. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra məlum olmuşdur ki, müharibə zamanı 70 milyondan çox adam həyatını itirib, 200 milyon nəfər insan isə yaralanıb. Ölən insanlardan 30 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və digər dövlətlərin payına düşmüşdü. Böyük Vətən Müharibəsində qələbənin əldə olunmasında Azərbaycan xalqının da müstəsna payı olmuşdur. Lakin 350 minə yaxının insanın itkisi, on minlərlə övladının yaralanması, əlil olması bahasına. Müharibədə azərbaycanlılar böyük qəhrəmanlıq və şücaət göstərmişlər. Bu qəhrəmanlıqların səsi sorağı bütün dünyaya yayılmışdır. Mehdi Hüseynin, Hüseynbala Əliyevin, Həzi Aslanovun, Qafur Məmmədovun və digər bu kimi qəhrəmanların göstərdikləri şücaətlərdən qalaq-qalaq kitablar yazılıb, məqalələr dərc olunub. Azərbaycan qələbənin əldə olunmasında nəinki insan resursları, eləcə də yer altı yer üstü sərvətləri ilə də yardımçı olmuşdur. Müharibə zamanı Azərbaycan sovet ordusunu fantastik formada neft və neft məhsulları ilə təchiz etmişdir. Hərəkət edən təyarənin, tankın, avtomobilin 75 faizi Azərbaycan neftinin tədarükü hesabına hərəkət etmişdir.
Almaniyanın bölgələrində faşist dərnəklərinin yaradılması işi aparılır
İkinci Dünya müharibəsindən sonra Almaniya ordu saxlamaqdan, hərbi texnika istehsal etməkdən və onu dünya bazarına çıxarıb satışını təşkil etməkdən məhrum edilmişdir. Bununla bağlı SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin 1945-ci il Yalta görüşündə razılaşma əldə edilmiş və bununla bağlı sənəd imzalamışlar. Lakin SSRİ-nin süqutundan sonra imzalanan saziş aktuallığını itirdi. Hazırda Almaniya öz hərbi sistemini qurmaqdadır. Daha doğrusu hərbi gücünə görə Almaniya heç də digər Avropa dövlətlərindən geri qalmır. Müasir hərbi silah sursat istehsal etməklə onu digər dövlətlərə də satışını həyata keçirir. Ən qorxulusu isə Almaniyanın getdikcə daha çox faşist ideologiyasına meyil göstərməsidir. Artıq Almaniyanın bir çox bölgələrində faşist dərnəklərinin yaradılması işi aparılır. Bununla bağlı hökumət 20 milyard avro vəsaitdə ayırıb. Bəzi hallarda Almaniyanın dünyada gedən münaqişələri, müharibələri qızışdırması, onları maliyyə və hərbi silah sursatla təchiz etməsi də məhz yeni yaranan nasistlərin sifarişi və dəstəyidir. Almaniya dövləti faşist ideologiyasının məqsəd və vəzifələrinin gənclər arasında daha geniş təbliğ edilməsi məqsədi ilə Adolf Hitlerin qələmə aldığı “Mayn kampf (“Mənim mübarizəm”) kitabını yeni formada çap etməklə yayımını həyata keçirir. Bütün bunlar isə təhlükəlidir. Dünyada baş verən müharibələrin, münaqişələrin statistikası təsdiq edir ki, son iki yüz il də bəşəriyyətə ən böyük faciələri, insan qırğınlarını Almaniya yaşadıb. Dünya tarixində yeganə dövlətdir ki, bir milləti yer üzündən silmək üçün soyqırımı aktları həyata keçirib və bunu sonradan açıq şəkildə etiraf edib. Məhz buna görə də ilk dövlətdir ki, törətdiyi soyqırımı aktına görə, İsrail dövlətinə təzminat ödəməkdədir. Qısası, Almaniya bəşəriyyətə və insanlığa təhlükə yarada biləcək dövlətdir. Həm də unutmaq olmaz ki, iyirminci əsr də iki dəfə dünya müharibəsi baş verib ki, həmin müharibələrin ikisinin də müəllifi faşist Almaniyası olub. Bu baxımdan insanlıq ehtiyatlı olmalı, Almaniyada faşist ideologiyasının çiçəklənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz birgə tədbirlər görməlidir.
İLHAM ƏLİYEV