PDF Oxu

Siyasət

  • 1 004

Azərbaycan deyəndə qələbələrin yaşandığı dövlət yada düşür TƏHLİL

image

Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı və səfər çərçivəsində Prezidentimizin Avropa ölkələrinin liderləri ilə ikitərəfli görüşlərini izlədikcə qürur duyub, fəxr etdim. Avropa ölkələrinin liderlərinin Prezident İlham Əliyevə yaxınlaşaraq səmimi söhbətlər aparmaları bir daha Azərbaycanın dünyada hökm sürən bir sıra problemlərin həllində, o cümlədən siyasi, enerji, nəqliyyat sahələrində yaranan çətinliklərin aradan qaldırılmasında böyük gücə və imkanlara malik dövlət olduğu təsdiqləndi. Birmənalı şəkildə demək olar ki, keçirilən görüşlər Azərbaycanın Avropa İttifaqı və Avropa ölkələri ilə əlaqələrinin inkişafının növbəti təzahürü idi. Təbii ki, bu əlaqələri yaradan və inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyevin liderlik məharətidir. Bu kimi dəyərləndirmələr, ölkəmizə olan yüksək hörmət və rəğbət onu göstərir ki, bəli 2003-cü il prezident seçkiləri ərəfəsi Cənab İlham Əliyevin xalqa verdiyi bütün vədləri və sözləri yerinə yetirib. Azərbaycan xalqı 22 il öncə Cənab İlham Əliyevi prezident seçməklə sülhün, tərəqqinin, inkişafın, əmin-amanlığın və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi. Cənab İlham Əliyevin Prezident kimi Azərbaycana rəhbərlik etdiyi 22 il ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşıb. Birmənalı şəkildə demək olar ki, regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur, bu danılmaz aksiomadır: “Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik”.

Dövlətimiz Cənubi Qafqazın siyasi, iqtisadi mərkəzinə çevrilib
Son 22 ildə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail olub, əhalinin sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşıb, beynəlxalq aləmdə nüfuzu daha da artıb, dövlətimiz Cənubi Qafqazın siyasi, iqtisadi mərkəzinə çevrilib. Əhalinin sosial vəziyyətinin yaxşılaşması isə davamlı xarakter daşıyır. Vaxtaşırı olaraq şəhid ailələrinin, qazilərin mənzil, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Şəhid ailə üzvləri və müharibə veteranlarından ibarət 103 min şəxsə aylıq sosial ödəniş təyin olunması, 3 565 şəxsə sığorta ödənişinin edilməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının götəricisidir. 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 164 şəxs üzrə birdəfəlik ödəmə verilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min şəxsə 43 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Ötən dövr ərzində şəhid ailələrinə və qazilərə 13560 mənzil və fərdi ev verilib. Qazilər avtomobillərlə təmin olunub, xarici ölkələrdə müalicə və müayinələri təmin edilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyev irsini qətiyyətlə davam etdirərək, Qarabağ problemini birdəfəlik həll etdi, ata vəsiyyətini, xalqına vermiş olduğu vədini yerini yetirərək, tarix yazan lider olduğunu nümayiş etdirdi. Bu gün bütün dünya Prezident İlham Əliyevin verdiyi sözlərə istisnasız əməl edən, sözü ilə əməlinin üst-üstə düşən, sözünün dəyərli və keçərli olduğunu görən böyük siyasi xadim kimi tanıyır. 22 il bundan əvvəl prezident seçkilərində Cənab İlham Əliyev doğma xalqıma müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Azərbaycan Ordusu 2016-cı ilin dördgünlük Aprel döyüşlərində düşmənə, təcavüzkar və işğalçı Ermənistana sözün əsl mənasında dərs keçdi, “güclü erməni ordusu” mifini darmadağın etdi.Bunun üstündən cəmi iki il keçəndən sonra, 2018-ci ilin yayında Azərbaycan Ordusu bu dəfə Naxçıvan istiqmətində düşmənə böyük, sarsıdıcı zərbə vurdu, tarixi Günnüt əməliyyatı ilə düşməni çox əhəmiyyətli, strateji mövqelərdən, yüksəkliklərdən geri çəkilməyə məcbur etdi. Aprel döyüşlərində dastan yazan Azərbaycan Ordusu Günnüt əməliyyatında bir daha düşmənə, işğalçı Ermənistana öz gücünü, qətiyyətini, əzmini nümayiş etdirdi. Bir daha göstərdi ki, Qarabağ məsələsində güzəşt mövqeyi olmayacaq, bir qarış torpaq belə düşmənə verilməyəcək.
Qələbələrin daha bir nümunəsi...
Azərbaycan Prezidenti İlham Əliyevin xalq, dövlət maraqlarına əsaslanan xeyirli, gərəkli fəaliyyətinin əsas məğzini 44 günlük Vətən müharibəsi ilə 30 il işğal altında olmuş torpaqlarımızın düşmən əsarətindən azad edilməsi və bununla da Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsidir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan tarixi səhifə oldu. 2020-ci ildə Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. 2023-cü ilin aprelin 23 -də isə Xankəndi-Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərində sərhəd- keçid məntəqəsi quruldu. Qələbələrin daha bir nümunəsi 2023-cü il sentyabrın 19 -da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Qarabağdakı terrorçu hərbi birləşmələrin tamamilə məhv edilərək, cinayətkar dəstələrin rəhbərlərinin həbs edilərək istintaqa təhvil verilməsi oldu. Mükəmməl şəkil də həyata keçirilən antiterror əməliyyatı ilə bölgədə sabitlik təmin edildi və Xankəndidə, Xocalıda, Əsgəranda və digər ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı qaldırıldı. Ali Baş Komandan, Fateh Sərkərdə, Prezident İlham Əliyev Qarabağda keçirilən aniterror əməliyyatları barədə danışarkən qeyd edib ki, antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər: “Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar. Başqa variant ola bilməzdi. Bizdə olan məlumata görə, oradakı hərbi birləşmələrdə təqribən 15 minə yaxın hərbçi xidmət göstərirdi. Onlar daha tez təslim oldular. Ondan sonra, sadəcə olaraq, danışıqlar gedirdi və daha doğrusu danışıqlar yox, bizim şərtlərimizi onlar sanki müzakirə edirdilər. Ancaq biz hansı şərt qoymuşduqsa, o şərt də təmin edildi, o cümlədən separatist qurumun buraxılması və bütün digər şərtlər. Biz dedik ki, təslim olursunuzsa əməliyyatı dayandıracağıq. Bizim məqsədimiz orada Ermənistan ordusunu məhv etmək yox, oradan Ermənistan ordusunun çıxarılması idi və biz bu müraciəti dəfələrlə etmişdik. Bizdən xahiş olundu ki, əgər onlar silahları yerə qoysalar, onların təhlükəsizliyi təmin olunacaq-olunmayacaq? Təbii ki, günahı olmayan hərbçilərə qarşı biz hər hansı bir sanksiya tətbiq etmək fikrində deyilik. Halbuki separatçıların başçıları ilə bağlı bizim mövqeyimiz birmənalı idi – onların tutulması. Bəziləri artıq Laçın yolunda oradan qaçmağa cəhd edəndə, bəziləri Xankəndidə, bəzilərini də başqa yerlərdə biz tapıb tutmuşduq. Biz onların yerlərini bilirdik. Biz, ümumiyyətlə, deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən sonra Qarabağda nələr baş verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ tam nəzarət edirdik. Yəni, bunu Ermənistana çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik. Həm Ermənistan rəhbərliyinə, həm beynəlxalq aktorlara deyirdim ki, bir dəqiqə ərzində mən düyməyə basıb bu əməliyyatı keçirəcəyəm, heç nə də edə bilməyəcəksiniz. Açıq deyirdim onlara. Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil. Yenə də deyirəm, əməliyyat hərb elmi nöqteyi-nəzərindən də çox uğurlu idi. Şuşa əməliyyatına oxşar bir əməliyyat idi. Əlbəttə, Şuşa əməliyyatı xüsusi peşəkarlıq tələb edən əməliyyat idi, amma bu da çox uğurlu idi. Yəni, bütün vəzifələr yerinə yetirildi və beləliklə, separatçılığa son qoyuldu”.Hazırda işğaldan azad edilən ərazilərimizdə geniş quruculuq, abadlıq, təmir və tikinti işləri həyata keçirilir. Yenidən qurulan ərazilərə keçmiş qaçqın və məcburi köçkünlər köçürülürlər. Bununla da o bölgələrə yeni həyat, yeni nəfəs bəxş edirlər. Əminliklə demək olar ki, işğaldan azad edilən ərazilərimiz bölgənin ən inkişaf edən bölgəsi olacaq. Böyük qurucu və Fateh Sərkərdə, Prezident İlham Əliyevin dediyin kimi, “Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”.

İLHAM ƏLİYEV

Digər xəbərlər