Bu gün 2023-cü ildə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərində xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman şəhid olmuş Tanırverdiyev Amil Elşən oğlunun doğum günü münasibətilə Poylu kənd qəbiristanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində həmçinin digər şəhidlərimizin də məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.
Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda və şəhidlərə həsr olunmuş şeirlər dinlənilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!