PDF Oxu

Siyasət

  • 1 635

"Dövlətimiz dünyada öz təcrübəsini göstərib" - ŞƏRH EDİLDİ

"Dövlətimiz dünyada öz təcrübəsini göstərib" - ŞƏRH EDİLDİ

“2023-cü il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzaladı. Azərbaycan müstəqil dövlət olaraq iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri təmiz ətraf mühit və yaşıl artımı ölkəsi kimi müəyyən edilib. Yəni, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, su ehtiyyatlarının qorunması və dayanıqlı enerji mənbələrindən istifadə nəzərdə tutulub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib. Deputat bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi bir daha göstərir ki, dövlətimiz dünyada öz təcrübəsini göstərib və ölkəmizə böyük inam var: “COP29 konfransı noyabr ayında keçiriləcək və iki həftə davam edəcək. Həmçinin qeyd etmək lazımdır ki, COP29 bu günə qədər Azərbaycanda keçirilmiş ən böyük beynəlxalq tədbirdir. Mütəxəssislərin fikrincə, bu tədbirdə 80-100 min arası qonaq iştirak edəcək. Atmosferin çirklənməsinin qarşısının alınması üçün yeni enerji vasitələrinin dövriyyəyə cəlb edilməsi olduqca mühümdür. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə ölkəmizin nümunə olduğunun göstəricisidir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər