PDF Oxu

Siyasət

  • 1 551

"Bütün soydaşlarımızın məskunlaşmasına nail olacağıq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bütün soydaşlarımızın məskunlaşmasına nail olacağıq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Böyük Qayıdış qürurverici prosesdir". Bu sözləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.H.Hacıyev bildirib ki, 30 ildən sonra Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə torpaqlarımızı işğalçılardan azad etdik: "Çox böyük uğurdur. Bu uğura sevinməyən adam məncə, azərbaycanlı deyil. Bəzi yerlərdə Azərbaycanın ünvanına təbliğat gedir. Buna baxmayaraq 30 illik həsrətini geridə qoyub yenidən torpaqlarımıza qayıdıb oranı canlandırmaq, yeni iş yerlərinin açılması, kənd təsərrüfatını və digər sahələri inkişaf etdirmək bizim üçün qürurverici hal olacaq. Gələcəkdə insanların ərzaqla, iş yerləri ilə təmin edilməsində azad edilmiş ərazilərimiz münasib olacaq. Məcburi köçkünlər 30 il əziyyət çəkiblər, yataqxanalarda, yararsız yerlərdə qalmaları onları incidib. Ölkə Prezidenti həmin anda da o insanlara qayğı göstərib, imkan verməyib ki, çətinliklərə məruz qalsınlar. Bu gün böyük uğur və sevincdir ki, soydaşlarımız öz dədə-baba yurdlarına qayıdırlar. Bu prosesi bir az da sürətləndirmək lazımdır. Xankəndinə təcili qayıdışı təşkil etməliyik. Bütün dünyadan orada gözü olan qüvvələrin gözü kəsilməlidir. Xankəndinə rəsmi şəkildə yeni nümayəndənin fərmanı verilməlidir. Düşünürəm ki, cənab İlham Əliyevin seçkilərdən sonra atacağı ilk addımlardan biri bu olacaq. Bizim üçün qürurlu andır. Fəxr etməliyik ki, Prezidentimiz bu işdə həmişə xalqının yanında olub. Başqa qüvvələrin təxribatlarına əhəmiyyət vermədən öz uğurlu siyasətini davam etdirib"."Müasir Müsavat Partiyasının 100 minlərlə üzvü var. Həmin üzvlər bu illərdə ölkə prezidentinin həmişə yanında olub, onun siyasi kursunun davam etdirilməsinə mane olan daxili və xarici qüvvələrə qarşı cəsarətlə mübariz aparıblar. Qazanılmış uğurlarda payımızı da hiss edirik. İstər birinci, istər ikinci Qarabağ müharibəsində bizim partiyamızın üzvləri də şəhid olublar. Bu da bizi qürurlandırır. Bundan sonra da ölkə Prezidenti İlham Əliyevin atdığı hər addımda yanında olacağıq. Ona qarşı çıxan qüvvələrə qarşı çox ciddi mübarizə aparacağıq. Düşünürük ki, Qayıdış proqramı daha da sürətlə davam etməlidir. Ölkə Prezidentinin Qarabağın yenidən bərpa edilməsinə ayırdığı böyük miqdarda pul bizə əsas verir ki, Qarabağda bütün soydaşlarımızın məskunlaşmasına nail olacağıq. Bu yöndə ölkə Prezidenti əziz qardaşıma uğurlar arzu edirəm" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər