PDF Oxu

Siyasət

  • 3 372

İlk dəfə səs verəcək seçici: “Bu seçki tarixi hadisə kimi yaddaşımda qalacaq”

İlk dəfə səs verəcək seçici: “Bu seçki tarixi hadisə kimi yaddaşımda qalacaq”

“Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinin ən önəmli seçkiləri olacaq”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında ilk dəfə səs verəcək gənc seçici Turə Rəcəbova deyib.O xatırladıb ki, Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək:"Budəfəki seçkilər bizim ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə vətəndaşı kimi seçkilərdə iştirak edəcək. Hər zaman olduğu kimi, bu seçkilərdə də ilk dəfə seçki hüququndan istifadə edəcək olan gənclər vardır. Həmin gənclərdən biri də mənəm. Müxtəlif illərdə ölkəmizdə keçirilən seçkilərdə valideynlərimlə iştirak edərək seçki prosesini həyəcanla izləyir, seçkilərdə səs verəcəyim günü maraqla gözləyirdim. Nəhayət ki, bu il keçirilən prezident seçkilərində qalib ölkənin qalib gənci olaraq səsvermə hüququmdan istifadə edəcəyəm”.Gənc seçici söyləyib ki, bu seçki onun həyatımda tarixi bir hadisə kimi yaddaşında qalacaq:“Düşünürəm ki, gənclər bir sıra proseslərdə olduğu kimi bu seçkilərdə də aktiv olmalıdır. Seçkilərdə gənclərin iştirakı, xüsusən bizim ictimai təşəbbüskarlıq göstərməyimiz müsbət amildir. Çünki xalq məhz bu seçkilərdə özünün liderini, dövlət başçısını seçməklə gələcək həyatını müəyyənləşdirir, Azərbaycanın sabahını kimlərə etibar edəcəyinə səs verir”.Qeyd edək ki, 20 yaşlı Turə Rəcəbova Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü kurs tələbəsidir.

Digər xəbərlər