Hər zaman dağıdıcı müxalifət Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən, yaramaz və əxlaqsız fikir söyləyən istənilən xarici maraqlı dairənin yanında olub, onlara mövqelərinə görə təşəkkürünü bildirib. Bu kimi faktlar təsdiq edir ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərlərində Azərbaycan xalqına və dövlətinə qarşı zərrə qədər də olsa dəyər və hörmət anlayışı yoxdur. Həm də aydın şəkildə nümayiş etdirilir ki, dağıdıcı müxalifət Azərbaycan dövlətinə və xalqına qarşı pislik etmək üçün şeytanla belə əməkdaşlığa getməkdən çəkinməz. O dərəcədə xarici maraqlı dairələrin təsiri altındadırlar ki, 30 il erməni işğalı altında olmuş torpaqlarımız azadlığına qovuşduqdan sonra xalqın sevincinə, qələbə coşqusuna qoşulmaqdan imtina etdilər. Hətta AXCP sədri Əli Kərimli demək olar ki, hər gün təxribat xarakterli açıqlamalar yayımlayırdı. Gah deyirdi ki, sərhəd keçid məntəqəsi yaradılmayacaq, gah da iddia edirdi ki, Laçına gedərkən rus sülhməramlılarından icazə almalı olacağıq. Başqa bir sayıqlamasında isə Ə.Kərimli bildirirdi ki, Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərimizə getmək mümkün olmayacaq. Lakin bu bayquş bir daha yanıldı. Azərbaycan həm Laçın sərhəd keçid məntəqəsi yaratdı, həm də Laçına sərbəst olaraq gediş-gəlişi təmin etdi. Oktyabrın 15-də isə Müzəffər Ali Baş Komandan, Yenilməz Sərkərdə, Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə və digər ərazilərimizdə üçrəngli bayrağımızı ucaltdı. Noyabrın 8-də isə Xankəndi şəhərində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm hərbi parad keçirildi.
Dağıdıcı müxalifət düşmənlə eyni cinahdadır
Düşünmək olardı ki, bu uğurlu proseslərdən sonra Ə.Kərimli və digər trollar zəhlətökən abırsız fikirlərinə görə siyasətlə vidalaşacaqlar, ən azı üzr istəyəcəklər. Lakin göründüyü kimi, siyasətə gəlir mənbəyi kimi baxan Ə.Kərimli nəinki siyasətdən getmək haqqında addım atır, əksinə, həyasız və abırsız hərəkətlərini və davranışlarını daha geniş formada davam etdirir. İndi də məmnun və sevinclidirlər. Nədən ki, ermənipərəst Makron Kardaşyanın felinə uyub, Azərbaycana qarşı hədyanlar səsləndirir, Fransa Senatı Azərbaycan haqqında yanlış və əsassız qətnamə qəbul edir. Ə.Kərimli mənundur həm də ona görə ki, Makronun əmisi uşaqlarının çoxluq təşkil etdikləri AŞ PA Azərbaycanın bu qurumdan bir illiyə səsvermə hüququnun məhdudlaşdırılması haqqında qətnamə qəbul edib. Erməni toplumunun abırsız məxluqları kimi AXCP, Müsavat, Milli Şura üzvləri, eləcə də onların təbliğat maşınları olan saytlar AŞPA-nın separatçı qətnaməsindən razı qaldıqlarını açıq şəkildə ifadə edən açıqlamalar verir, informasiyalar yayırlar. Hətta AXCP-dən mətbuata sızan məlumata görə, Azərbaycana qarşı məlum qətnamənin qəbuluna görə, Ə.Kərimlinin və C.Həsənlinin imzası ilə AŞPA-nın ermənipərəst deputatlarının hər birinə təşəkkür məktubu ünvanlayıblar.
Cəmil Həsənli hələ də yedək rolunda çıxış edir
Milli Şuranın sədri Cəmil Həsənli qurumun qərarının müxalifətin maraqlarına tam cavab verdiyini iddia edir. O sosial şəbəkə hesabında yazır: “AŞPA Azərbaycan nümayəndə heyətini 1 il müddətinə mandatdan məhrum edib. Buna əsas kimi ölkədə insan haqlarının pozulması, siyasi məhbusların sayının artması, seçkilərin saxtalaşdırılması və Azərbaycanın AŞPA-nın qarşısındakı öhdəlikləri yerinə yetirməməsi göstərilib. Həmçinin bildirildi ki, Azərbaycan təşkilatı növbədənkənar prezident seçkilərinə müşahidəçi kimi dəvət etməyib. Axı bir vaxtlar AŞPA-dan bir təyyarə müşahidəçi gətirilirdi. İndi nə baş verir ki, Azərbaycan hakimiyyəti “köhnə dostların” yaddan çıxarır. İndi gec də olsa AŞPA da bu fikrə gəldi ki, Azərbaycanda seçki deyilən bir şey yoxdur. Qarşıdakı 7 fevral prezident seçkisi də alternativsiz, təknamizədli prezident seçkisidir”. Bu yerdə C.Həsənlinin ağılının olmasına şübhələr yaranır. O mənada ki, yəni bu məxluq görmürmü seçkidə Qüdrət Həsənquliyev, Zahid Oruc, Fuad Əliyev, Fazil Mustafa, Elşad Musayev və Razi Nurullayev namizəd olaraq seçkiyə qatılıblar. Və bu namizədlər açıq şəkildə İctimai TV-nin efirindən fikirlərini ifadə edirlər, ictimaiyyətə öz seçki platformalarını açıqlayırlar. Əhali ilə görüşlərin keçirilməsi də ardıcıl xarakter daşıyan proseslərdəndir. Əgər bu halda cəmiyyət bu namizədləri qəbul etmirlərsə və seçimlərini artıq müəyyənləşdirdiklərini bəyan edirlərsə, deməli, bu xalq müdirik xalqdır, pisi yaxşıdan, əyrini düzdən seçməyi bacaran xalqdır.
İLHAM ƏLİYEV