PDF Oxu

Siyasət

  • 2 877

Qəliz danışmaq qəliz "susmaqdan" daha pisdir

Qəliz danışmaq qəliz "susmaqdan" daha pisdir

Bu günlərdə AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyi təkcə azərbaycanlıların deyil, bütövlükdə ədalət hissi olan hər kəsin kütləvi etirazına səbəb olub. Çünki AŞPA öz nizamnaməsini, beynəlxaql hüququ və ədalət meyarlarını kənara qoyaraq, ermənidən çox ermənilik edib. Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları, ATƏT-in uyğun təsisatları, hətta Ermənistanın baş naziri Paşinyanın belə ermənilərin Qarabağı könüllü olaraq tərk etdiklərini bildirmələrinə baxmayaraq, AŞPA tamamilə bunun tərsini iddia edərək, ermənilərin Azərbaycan tərəfindən etnik təmizləmə siyasətinə məruz qaldıqlarını sübut etməyə çalşıb. Eyni zamanda, bu ermənipərəst mövqeyini gücləndirmək üçün ölkəmizi "siyasi məhbus" monitorinq missiyası, seçki müşahidəsi məhdudlaşdırılması kimi qərəzli iddialarla ittiham edib. AŞPA-nın niyə belə davranmasının səbəbini demək olar ki, hamı çox aydın dərk edir və bilir ki, belə aqressiv mövqe Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, suveren hüquqlarını təmin etməsi və ermənilərin könüllü şəkildə Azərbaycanı tərk etməsinə AŞPA-nın özünəməxsus etirazıdır. Göründüyü kimi, burada iki tərəf var, AŞPA və Azərbaycan. Yəni, bu məsələdə yalnız iki tərəfdən hansınınsa haqlı olub-olmamasından danışmaq olar. Ancaq nədənsə Real partiyasının sədri İlqar Məmmədov bu məsələdə qardaş Türkiyəni ittiham etmək qəarına gəlib. Bu nə siyasi uzaqgörənlikdir, nə də iti zəkalılıqdır. Bu xüsusi istedad, sadəcə, Azərbaycan–Türkiyə strateji müttəfiqliyinə qarşı ictimai rəy hazırlamaqdır. Çünki torpaqlarımızın işğaldan azad olunması yalnız iki qardaş ölkənin birgə səyi ilə mümkün olub. Görünür, bu, AŞPA-nı narahat etdiyi kimi, İlqar Məmmədovu da narahat edir. Çünki Türkiyə və Azərbaycanın biri-birindən uzaqlaşması AŞPA-nın və Ermənistanın güclənməsi deməkdir. Dolayısıyla İlqar Məmmədov bu qəliz danışması ilə öz mövqeyini, yəni hansı tərəfdə olduğunu bildirib. Özü demiş kaş bir az daha açıq danışıb söz və fikir oyununun arxasında gizlənməsəydi.

Hikmət Babaoğlu
Millət vəkili

Digər xəbərlər