Belə bir qrumun bu vəziyyətə düşməsi, AŞPA etimadı zəiflədir.AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrini mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşaət etməyə dəvət edilməməsi ölkədə siyasi məhbusların olması ilə əlaqələndirsə də əsas səbəbin Qarabağın azad olması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri ermənistana bir vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir. Qəbul olunmuş qərar Azərbaycana qarşı onun müstəqilliyinə qarşı qisas cəhdidir. Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa şurasına üzv qəbul olunmuşdur. Artıq bu probılem həll olunub. Hazırda Avropada da heç bir nüfuzu olmayan Avropa şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur.Azərbaycan BMT–nin 4 qətnaməsinin icrasını özü təmin etdi. Biz ədaləti Beynəlxalq Hüququn normalarını bərpa etdik. 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi siyası yolla bərpa etdi. Bu hadisə BMT yaranandan bəri ilk dəfə baş verirdi. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqları üçün təşəbbüs irəli sürdük. Bu zaman Ermənistanla sülhün əsasını təşkil edəcək beş prinsipi tədim etdik. Azərbycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa edən ölkə olaraq yeni sülh prosesinin müəlllifi oldu. Belə addımlarımızın nəzərə alınmaması isə bir daha AŞPA nın riyakarlığından xəbər verir.
Azərbycanın atdığı bir çox addımlar zaman-zaman Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Qərbsayağı şəkildə siyasiləşdirilmişdir. Bu münasibət də qərəzin açıq-aydın təzahürdür. AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib. AŞPA-nın bu son mövqeyi də təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Bir vaxtlar Qarabağ münaqişəsinin də həllinin gecikdirilməsi ikili standartdlardan xəbər verirdi. Əslində, AŞPA kimi beynəlxalq təşkilatlar hər zaman öz maraqları naminə bu kimi münaqişələrdən istifadə ediblər. Hətta əksər hallarda özləri belə münaqişə zonalar yaradırlar ki, dünyanın ictimai-siyasi nizamını əllərində saxlasınlar. AŞPA 30 ilə yaxın müddətdə Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa məcbur edə bilmirdi. Bu kimi məsələlərdə AŞPA-nın açıq dəstəyinin olmaması Azərbaycanı hər zaman narahat edirdi. Azərbaycan hər zaman sülh istəyir. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur. 23 illik üzvlüyü dövründə AŞPA-nın beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir. Artıq AŞPA-ya böyük inamsızlıq var. Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcəkdir. Bu kimi ədalətsizliklər bir neçə dəfə təkrar olunub. Lakin Azərbaycan dövləti və cəmiyyəti siyasi iradə nümayiş etdirərək Qərbin haqsızlığına qarşı mübarizə aparıb və istəyinə çatıb.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri