PDF Oxu

Siyasət

  • 2 401

Həqiqəti əks etdirməyən qərəzli bəyanat - ŞƏRH

Həqiqəti əks etdirməyən qərəzli bəyanat - ŞƏRH

Azərbaycanla Avropa Şurası arasında 1992-ci ildən etibarən qarşılıqlı münasibətlərin əsası qoyulmuşdur. Azərbaycanda demokratik quruculuğun sürətlə həyata keçirilməsi nəticəsində 2001-ci il yanvarın 17-dən etibarən, Azərbaycan dırnaqarası demokratik Avropa Şurasının tamhüquqlu üzvünə çevrilmişdir. Həmin dövrdən bu günə kimi Azərbaycan təşkilatın işində fəal iştirak etmiş, qarşıya qoyulan bütün məsələlər layiqincə yerinə yetirilmişdir. Dövlətimiz təşkilat daxilində layiqincə təmsil edilsə də, Avropa Şurası heç də əlində rəhbər tutduğu nizamnaməyə, standartlara uyğun olmayan bəyanatlar yayır, qətnamələr qəbul edir.

30 ilə yaxın müddət ərzində Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan əraziləri erməni seperatçılarının işğalı altında olmasına və 1 milyondan artıq dinc sakinin işgəncə və zorakılıqla qətl edilib doğma yurdlarından didərgin salınmasına baxmayaraq, Avropa Şurası bu məsələ ilə bağlı səssiz qalıb. Azərbaycan Dağlıq Qarabağ münqaişəsi yarandığı gündən məsələnin sülh yolu ilə həll edilməsinin tərəfdarı olub. Buna baxmayaraq, beynəlxalq təşkilatlar, eləcə də, Avropa Şurası münaqişə ilə bağlı heç bir tədbir görməmiş, hər zaman status-kvonun qorunmasına, bununla da münaqişənin həllində hər hansısa irəliləyişin olmasına mane olmağa çalışmışlar. Ermənistan işğalçı tərəf olsa da, Avropa Şurası tərəfindən bununla bağlı hər hansısa bir qətnamə qəbul edilməyib. Danışıqlar yolu ilə bir nəticəyə gəlinməyəcəyini aydın dərk edən Azərbaycan tərəfi 2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan əks-hücum əməliyyatları nəticəsində ərazilərimizi düşmən tapdağı altından təmizləməyə müvəffəq oldu. Bununla da, dövlətimiz istənilən münaqişəni silah gücünə həll edə biləcəyimizi bütün dünyaya nümayiş etdirmiş oldu. Xankəndi şəhəri və ətraf ərazilər də 2023-cü il sentyabrın 19-u təşkil edilən antiterror əməliyyatları nəticəsində erməni seperatçılarından tamamilə təmizləndi. Dövlətimiz tərəfindən Qarabağın erməni əhalisinə Azərbaycan vətəndaşlığını qəbul edərək, dövlətimizin ərazisində yaşamaq hüququ verildi. Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən erməni əhalisi isə köç etməyə başladı. Ermənistan tərəfi isə erməni xistətinə uyğun olaraq, guya, erməni əhalisinin Azərbaycan hökuməti tərəfindən zorla köçürüldüyünü iddia etdi.

Avropa Şurası Parlament Assambleyası 23 oktyabr 2023-cü il tarixində ''Dağlıq Qarabağda humanitar vəziyyət'' adlı qətnamə qəbul edib. AŞPA-nın qış yarım-sessiyasının açılış günündə-cari ilin 22 yanvar tarixində ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməyib. Qarabağ bölgəsinin işğal altında qalmasına və tamamilə dağıdılaraq talan edilməsinə göz yuman AŞPA Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi səbəbindən dövlətimizin əleyhinə qətnamə qəbul edir. Bu, Avropa Şurasının erməni lobbisinin təsir dairəsində olduğunun aydın təzahürüdür. Məhz bu cür qərəzli qətnamənin verilməsi Avropa Şurasının heç də beynəlxalq hüquq normalarına uyğun məsələlər icra etmədiyinin əyani sübütu oldu.

Akif Qasımzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər