Növbədənkənar prezident seçkiləri ilə əlqəadar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Secki-2024.az saytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, ölkədə 6300-dən çox seçki məntəqəsi var: "Hər məntəqəyə 15-ə qədər müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var".M.Pənahov söyləyib ki, beynəlxalq müşahidəçilərin sayı 800-ə çatıb.