PDF Oxu

Siyasət

  • 2 050

Baxşeyiş Mamedov: "İş yoldaşlarımla birlikdə Suqovuşan qəsəbəsindəki seçki məntəqəsində səs verəcəm”

Baxşeyiş Mamedov: "İş yoldaşlarımla birlikdə Suqovuşan qəsəbəsindəki seçki məntəqəsində səs verəcəm”

“Birinci Qarabağ müharibəsində Suqovuşan uğrunda döyüşlərdə iştirak etmişəm. Bu gün isə burada aparılan tikinti-quruculuq işlərində çalışıram. Buna görə böyük qürur hissi keçirirəm”. Secki-2024.az saytı xəbər verir ki, bu fikirləri Suqovuşan qəsəbəsindəki yaşayış məhəlləsinin tikintisində çalışan Baxşeyiş Mamedov deyib. 44 günlük Vətən müharibəsində Ordumuzun şücaət göstərərək, Suqovuşanı işğaldan azad etdiyini xatırladan B. Mamedov 30 il əvvəl uğrunda döyüşdüyü ərazidəki yaşayış məhəlləsinin tikintisində iştirak etdiyinə görə sevindiyini dilə gətirib: “Suqovuşanın tikintisində iştirak etdiyimə görə sevinirəm. Həm də ona görə sevinirəm ki, tezliklə keçiriləcək prezident seçkilərində iş yoldaşlarımla birlikdə Suqovuşan qəsəbəsindəki seçki məntəqəsində səs verəcəm”

Digər xəbərlər