Artur Xaçikyan: "İndi bütün kartlar Azərbaycanın əlindədir"
Fakt budur ki, əsassız bəyanatların və açıqlamaların verilməsi Ermənistanın iddia etdiyi sülh siyasəti ilə, ümumiyyətlə, üst-üstə gəlmir.
Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “ordu” günü münasibətilə çıxışında ifadə etdiyi fikirlər bir daha Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını açıq-aydın ortaya qoymaqdadır".
Bu barədə isə Qərbi Azərbaycan icması yaydığı son bəyanatında qeyd edib.
Qərbi Azərbaycan İcması: "Ermənistan əsassız bəhanələrlə sülh sazişindən qaçmağa çalışır"
"Sülh istəyən ölkə necə olur ki milyardlarla dollarlıq silah sazişlərinin imzalanması ilə öyünür. Nikol Paşinyanın “qoşunların güzgü prinsipi ilə geri çəkilməsi” fikrini yenidən təkrarlaması, “hücum etməmək haqqında pakt”, “silahlanmaya birgə nəzarət mexanizmi” kimi köhnəlmiş, utopik təkliflər səsləndirməsi Ermənistanın əsassız bəhanələrlə sülh sazişindən qaçmağa çalışdığını sübut edir", deyə bəyanatda vurğulanır.
Artıq Ermənistanın özündə də bu kimi reallıqlardan təlaşa düşənlər var...
Stenford Universitetinin siyasi elmlər üzrə professoru Artur Xaçikyan: "Belə bir situasiyada biz Ankara və Bakıya ödəniş kimi təqdim ediləcək xırda puluq”
"Beynəlxalq münasibətlərdə çox sadə qayda var ki, əsas müttəfiqlər, güc kimin tərəfindədirsə, o da irəli gedəcək. Azərbaycan hazırda güclü tərəfdir”.
Bunu Stenford Universitetinin siyasi elmlər üzrə professoru Artur Xaçikyan deyib.
O, mövcud şəraitdə bütün üstünlüyün Azərbaycanda olduğunu bildirib: “İndi bütün kartlar Azərbaycanın əlindədir: qazı, nefti var, Avropa onunla əməkdaşlıq etmək istəyir. Həmçinin, hazırda Yaxın Şərqdə İranın genişmiqyaslı müharibəyə daxil edilməsi üçün proses başladılıb. Bu gün Yəmən, İraq, İran, Livan, Pakistan, Suriya və İsraili əhadə edən böyük bir müharibə ilə üz-üzəyik", - deyən Xaçikyana görə, belə vəziyyətdən qazanclı çıxan tərəflər Türkiyə və Azərbaycan olacaq: "Azərbaycanın enerji potensialı Rusiyaya altertaniv görülür, Avropa ölkələri ondan qaz almaq istəyir. Belə bir situasiyada biz Ankara və Bakıya ödəniş kimi təqdim ediləcək xırda puluq”.
Afət Tahirqızı