PDF Oxu

Siyasət

  • 1 733

Moskva Azərbaycanlıları Cəmiyyətinin sədri: “Seçkiləri böyük maraqla izləyirik”

image

“Rusiyada yaşayan azərbaycanlılar olaraq Vətənimizdə fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərini böyük maraqla izləyirik”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Moskva Azərbaycanlıları Cəmiyyətinin sədri Şamil Tağıyev deyib.O söyləyib ki, Azərbaycanın hüdudlarından kənarda yaşamağına baxmayaraq, ölkəmizdə baş verən ictimai-siyasi və mədəni hadisələri yaxından izləyir:“Məhz buna görə də qarşıdan gələn prezident seçkiləri bizim marağımızdan yayınmır. Moskvada yaşayan soydaşlarımız tərəfindən ilk dəfədir ki, seçkilərə bu qədər böyük maraq olduğu müşahidə edilir. Çünki bu seçki Azərbaycanda ilk dəfədir ki, ölkənin suverenliyinin tam bərpa olunmasından sonra keçirilir və hər bir azərbaycanlı bu tarixi seçkilərdə öz imzasını atmaq istəyir”.“Təəssüf ki, bizim seçki hüququmuz yoxdur. Çünki biz Rusiya vətəndaşlarıyıq, amma buna baxmayaraq seçkiləri böyük maraqla izləyəcəyik. Əminəm ki, Azərbaycan vətəndaşı öz düzgün tarixi seçimini edəcək. Biz isə xaricdə yaşayan etnik azərbaycanlılar olaraq Azərbaycan xalqının seçiminə hörmətlə yanaşmaqda və öz tarixi Vətənimizə sevə-sevə daima dəstək olmağa davam edəcəyik” - deyə, Moskva Azərbaycanlıları Cəmiyyətinin sədri bildirib.

Digər xəbərlər