PDF Oxu

Siyasət

  • 1 902

Dağıdıcı müxalifətin seçki təxribatı ola bilər ANALİZ

Dağıdıcı müxalifətin seçki təxribatı ola bilər ANALİZ

Azərbaycan daha da inkişaf etdikcə və qələbələri artdıqca xarici məkrli qüvvələrin də narahatlığı artmaqdadır. Çünki bir müsəlman-türk dövlətinin güclənməsi onlara dünya siyasətində məkrli planlarının həyata keçirilməsinə ciddi problem yaradacaq. Haradasa Fransa, Almaniya, Niderland, ABŞ kimi erməni lobbisinin təsiri altında olan hakimiyyətlərin Azərbaycana qarşı qərəzli, bəzən ikili standartlara hesablanan siyasətləri başa düşüləndir. Ancaq Azərbaycanın dağıdıcı müxalifətinin başbilənlərinin xarici maraqlı mərkəzlərin mövqeyindən çıxış etməsi anlaşılan deyil. Şübhələr, həm də ehtimallar yaradır ki, dağıdıcı müxalif məxluqlar birbaşa erməni lobbisindən sifarişlər alırlar. Bu şübhələri gücləndirən başlıca məqam “Milli Şura”nın sədri Cəmil Həsənlinin müsahibələrinin birində “hər ay Soros fondundan 200 ABŞ dollar məvacib almışam”,- deyə bildirməsidir. Söz yox ki, C.Soros nə dəli, nə də ki gic deyil, kiməsə boş yerdən pul ödəsin. Deməli, C.Həsənliyə və Azərbaycanın dağıdıcı müxalifətinə Soros və digər mərkəzlər tərəfindən ödənilən vəsait məqsədlidir. Yəni, Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı yersiz. Burada iki tərəfin özünəməxsus maraqları var. Sorosun məkrli niyyəti Azərbaycanda gərginlik yaratmaqdırsa, dağıdıcı müxaliflərin də istəyi pul qazanmaqdır. Dəfələrlə Əli Kərimlinin, Cəmil Həsənlinin, Arif Hacılının, Fuad Qəhrəmanlının və digərlərinin Qarabağ zəfərinə kölgə salmaq, iqtisadi-sosial uğurlara zərbə vurmaq cəhdləri, məhz Soros və digər xarici məkrli təşkilatlardan gələn sifarişlərdir.

AXCP və Müsavat destruktiv fəaliyyətə üstünlük verir

Dağıdıcı müxalifətin bütün imkanları ilə xarici maraqlı dairələrə satılması Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri ilə cəmiyyət arasında dərin uçurum yaradıb. Ölkəmizdə keçirilən bütün seçkilərdə müxalifətin rüsvayçı məğlubiyyətlə üzləşməsi cəmiyyətin onlara vurduğu sərt şillədir, ən böyük cəzadır. Buna baxmayaq, onlar nəticə çıxartmırlar. Seçki uğursuzluqlarının səbəblərini elmi-siyasi təhlilini aparmırlar. Ən azı papaqlarını qarşılarına qoyub, seçki məğlubiyyətinin səbəblərini müzakirə etmirlər. Bu da növbəti seçkilərdə onların yenidən acınacaqlı məğlubiyyət yaşamalarına gətirib çıxarır. Fikir verilsə, bir daha aydın olar ki, AXCP və Müsavat daim destruktiv fəaliyyətə üstünlük veriblər. Hər zaman milli maraqlarımız, dövlət və dövlətçiliyimizə qarşı əks-kampaniya aparıblar. Bu gün Fransa, Almaniya, Niderland, ABŞ kimi dövlətlərdə kök salan qaranlıq dairələr, eləcə də Fransanın və Almaniyanın girovunda olan AŞPA Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir, Azərbaycanın dağıdıcı müxalifəti isə susur. Bu azmış kimi, dağıdıcı müxalifət xarici qaranlıq dairələrlə birləşib milli maraqlarımıza ziyan vurmağa cəhdlər edirlər. Lakin bu cəhdləri uğursuzluğa düçar olur. Çünki hər kəs Əli Kərimlinin, C.Həsənlinin, A.Hacılının hansı məkrli qüvvələrin qabından qidalandıqlarını bilirlər.

İstənilən təxribatın qarşısı sərt şəkildə alınacağı şübhəsizdir

İndi də seçkilərlə bağlı təxribatçı fikirlər səsləndirən dağıdıcı məxluqlar bununla cəmiyyətlə aralarında pozulmuş münasibətləri aradan qaldırmaq niyyətində olmadıqlarını nümayiş etdirirlər. Halbuki, Qarabağın azadlığa qovuşmasından sonra bütöv Azərbaycanda ilk dəfə keçiriləcək 7 fevral növbədənkənar prezident seçkilərində iştirak etməklə öz platformalarını açıqlaya bilərdilər. Ən azı seçkiyə qatılmasalar da, seçici fəallığının artırılması üçün müəyyən təşəbbüslərlə çıxış edə bilərdilər. Necə ki, AMİP, KAXCP, Vəhdət, ADP və digərləri seçkilərdə namizədlə çıxış etməsələr də, seçkilərlə bağlı müsbət elementlərə söykənən mövqe ifadə edirlər. Lakin dağıdıcı müxalifət müstəqil mövqeyə və fəaliyyətə malik olmadıqlarından seçkiləri boykot etmək kimi anormal qərar verdilər. Təbii ki, bu absurd qərar Əli Kərimlinin, Cəmil Həsənlinin, Arif Hacılının zəifliyin və qorxaqlığının nəticəsidir. Çünki bu günə qədər keçirilən bütün seçkilərdə sözügedən şəxslər acınacaqlı məğlubiyyətə düçar olublar. Növbəti dəfə rüsvayçılığa və bununla da gülüş hədəfinə çevriləcəklərini anlayan dağıdıcı ünsürlər seçkiləri boykot etdikləri barədə qeyri-ciddi açıqlama ilə çıxış etdilər. Hər gün sosial şəbəkələr də, xaricdən yayımlanan internet TV-lər də müxtəlif iddialarla çıxış edən, ittihamlar səsləndirən dağıdıcı müxalifət qarşıdurmalar yaratmaq üçün məqam gözlədiklərini də gizlətmirlər. Bu isə onu göstərir ki, dağıdıcı müxalifət seçki prosesində təxribatlar törətmək üçün xüsusi tapşırıqlar alıb. Lakin xalq ayıq-sayıqdır və istənilən təxribatın qarşısı da sərt şəkildə alınacağı şübhəsizdir.

İLHAM ƏLİYEV

Digər xəbərlər