Uzun illər gözləmə mövqeyi tutan AŞPA nəhayət Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra əsl sifətini və niyyətini ortaya qoydu. Bəlli oldu ki, AŞPA-riyakarlığı özündə ehtiva edən və heç bir perspektivi olmayan bir qurumdur. 2024-cü ilin yanvarın 24-də AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qərar bir daha arqumentlərin əsaslı olduğunu təsdiqlədi. Söz yox ki, Azərbaycana qarşı irəli sürülən ittihamların əsası yoxdur. Birincisi bu iradlar bəhanədən başqa bir şey deyil. Azərbaycan xalqının öz Lİderi, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə 30 il erməni işğalı altında olmuş torpaqlarını ən qısa müddətdə azad etməsinə qısqanclıqla yanaşır və bunu heç cür qəbul edə bilmirlər. Eyni zamanda, onların ötən ildən Laçın yoluna, ümumilikdə Qarabağa monitorinq göndərmək cəhdlərinin alınmaması, "Qarabağ ermənilərinin blokadası və ərazini tərk etməsi"ndən narahatlıq, bir sözlə, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi və burada ikinci erməni dövlətinin yaradılması planlarının alt-üst olmasıdır. Frank Şvabenin dəstəsi iddia edir niyə Azərbaycan dövləti fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə AŞPA-nı dəvət etmir? Görən Frank Şvabe və digər AŞPA üzvü olan deputatlar anlayırlarmı ki, ölkələrin seçkilərə dəvət olunma kimi bir öhdəlikləri yoxdur. Bu məsələ, hər bir dövlətin daxili seçki siyasətinə bağlı olan məsələdir. Özünü demokratiyanın beşiyi hesab edən ABŞ seçkilərə heç bir dövlətin, o cümlədən, beynəlxalq təşkilatların müşahidəçilərini dəvət etmir. O zaman nədən Frank Şvabe hay-küy qaldırıb saçını yolmur?
Frank Şvabe AŞPA çərçivəsində faşist ideologiyasını təbliğ edir
Digər tərəfdən 7 fevral seçkisini ATƏT - Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu izləyəcək. Artıq Azərbaycanda keçiriləcək seçkilərdə qısamüddətli və uzunmüddətli müşahidəçilərin sayı da müəyyənləşib. Seçki günü, yəni fevralın 7-də DTİHB-dən 200-dən çox müşahidəçi, ATƏT PA-dan isə 100-ə yaxın parlamentari səsvermə prosesini izləyəcək. Digər əsassız irad ondan ibarətdir ki, nədən Azərbaycan "LGBT hüquqlarının qorunması" məsələsini həyata keçirmir. Bəyan edirlər ki, Azərbaycan orta məktəblərdə LGBT mövzusunu tədris etməlidir. Bu keylər yenə də bu məsələ də yanlışlığa yol verirlər. Çünki Azərbaycan xalqının dünya millətləri arasında sayılıb-seçilən özünəməxsus dəyərləri və milli mentaliteti var. Bu baxımdan, Azərbaycan İstanbul Konvensiyasına qoşulmayıb. Qeyd edək ki, İstanbul Konvensiyanın əksər müddəaları Azərbaycan qanunvericiliyi üçün yenilik deyil, müxtəlif normativ hüquqi aktlarda təsbit olunub. İstanbul Konvensiyası - Avropa Şurasının 2011-ci ildə Türkiyənin İstanbul şəhərində qəbul etdiyi "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" konvensiyadır. Bunu hüquqi sənəddən daha çox ideoloji sənəd hesab edirlər. Belə ki, ənənəvi ailə modeli və bütünlükdə adına milli mental dəyərlər dediyimiz adət-ənənənin aradan qaldırılmasına, ailədə ənənəvi qadının stereotiplərinin sındırılmasına hesablanmış konvensiya hüquqi sənəddən daha çox ideoloji sənəddir. Qısası görünən ondan ibarətdir ki, AŞPA-dakı fransalı və almaniyalı keylərin müdafiəçiləri və faşist ideologiyasının təbliğatçıları Azərbaycana qarşı ağılasızmaz əsasız ittihamlar irəli sürməklə özlərini və Avropadakı təmiz vicdanlı xalqları da rüsvay etmiş olurlar.
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps 3-cü dünya müharibəsinin astanasında olduqlarını qeyd edib
Bəzən o fikir vurğulanır ki, Almaniya anlaqsız şəkildə Azərbaycana qarşı qərəzli iddia ilə çıxış edib. Yəni, Fransanın təhriki və təzyiqləri səbəbindən Azərbaycan haqqında yanlış iradlar irəli sürülüb. Vurğulanır ki, bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Bəlkə də fikirlər məntiqlidir. Lakin sual olunur, Almaniyada düşünən beyin yoxdurmu? Digər tərəfdən, son vaxtlar Almaniyada nasist dərnəklərinin artması, faşist ideologiyasının təbliğatının dövlət səviyyəsində inkişaf etdirilməsini nəzərə alsaq, deməli, Almaniyanın da azad, demokratik xalqlara nifrət hisslərini aşılanması öz ağıllarının və qarşılarında dayanan vəzifələrdəndir. Narahatedici məqam ondan ibarətdir ki, nasist ideologiyası addım-addım Avropaya daşınır. Halbuki, zamanında faşistlərdən ən çox zərbəni elə Avropa ölkələri alıb. İndiki proseslər isə onu təsdiq edir ki, artıq Avropa dövrün tələbinə boyun əymək məcburiyyətində qalıb. Yəni, maraqlarının itirilməsi ilə barışmaq istəmədiklərindən Avropa ölkələrinin bəzi hakimiyyətləri zorən faşist ideologiyasının tələblərini nəzərə almağa başlayıblar. Bu isə təhlükəlidir. Yeni müharibələr, münaqişələr dünyanı cənginə ala bilər. Hətta üçüncü dünya müharibəsi baş verə bilər. Bununla bağlı Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps narahatçılığını dilə gətirib və 3-cü dünya müharibəsinin astanasında olduqlarını qeyd edib. Son vaxtlar Yaxın Şərqdə və Ukraynadakı vəziyyətin getdikcə daha amansız xarakter daşıması, Braziliya-Venesuela, Çin-Tayvan, Şimali Koreya- Cənubi Koreya, Fars molla rejimi - ABŞ, İsrail qarşıdurması və digər münaqişələr onu deməyə əsas verir ki, 3-cü dünya müharibəsi qaçılmazdır. Xatırlatmaq lazımdır ki, Ukrayna prezidenti V. Zelenski BMT tribunasında çıxışı zamanı bildirmişdir ki, Rusiya-Ukrayna müharibəsinin Polşa sərhədlərinə çatması ilə 3-cü dünya müharibəsi başlayacaq: "Ukrayna süqut etsə, on ildən sonra nə baş verəcək? Sadəcə, bu barədə düşünün. Polşaya çatsa, bundan sonra nə olacaq? Üçüncü Dünya Müharibəsi? Biz bütün dünyanın dəyərlərini müdafiə edirik. Ən yüksək qiyməti isə ukraynalılar ödəyir. Biz həqiqətən azadlığımız üçün mübarizə aparırıq, ölürük. Biz elmi fantastika deyilik, biz kitab deyilik. Biz dünyanı məhv etmək təhlükəsi yaradan nüvə dövlətinə qarşı real mübarizə aparırıq". V. Zelenski onu da bildirmişdir ki, Amerika Birləşmiş Ştatları Ukraynanı maliyyə cəhətdən dəstəkləyir və mən buna görə minnətdaram: "Mən sadəcə hesab edirəm ki, onlar təkcə Ukraynanı dəstəkləmirlər. Ukrayna yıxılarsa, Putin sözsüz ki, yoluna davam edəcək. Putin Baltikyanı ölkələrə çatanda Amerika Birləşmiş Ştatları nə edəcək? Polşa sərhədinə nə vaxt çatacaq? Ukrayna daha nə etməlidir ki, hamı bizim böyük minnətdarlığımızı ölçə bilsin? Biz bu müharibədə həlak oluruq. Bütün dünya qərar verməlidir ki, biz Putini dayandırmaq istəyirik, yoxsa dünya müharibəsinə başlamaq istəyirik. Biz Putini dəyişə bilmərik... Keçmişə qayıda bilmərik. Amma biz bunu burada dayandıra bilərik". Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, "Üçüncü Dünya Müharibəsi baş verərsə, qalib olmayacaq. O cümlədən, ABŞ-ın simasında da qalib olmayacaq". Vladimir Putin qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynada münaqişənin kəskinləşməsindən qorxmadığını iddia etsə də, oradakı sağlam düşüncəli insanlar işi Üçüncü Dünya Müharibəsinə aparmaq istəmirlər.
Almaniya dünyanı yeni müharibələrlə təhdid edir
Hazırda baş verən qanlı müharibələrin gedişatı təsdiq edir ki, Almaniyanın faşist dərnəklərinin bu və digər formada həmin müharibə və münaqişələrdə rolu var. Yəni Almaniya bir dövlətə hərbi yardım göstərirsə, digər münaqişəli dövlətə maliyyə dəstəyi göstərir. Başqa birisinə isə, həm maliyyə, həm də hərbi dəstək göstərməklə müharibəni qızışdırır. Nəzərə almaq lazımdır ki, Almaniya bəşər tarixinin yeganə qorxulu dövlətlərindəndir ki, bir əsrdə baş verən iki dünya müharibəsinin müəllifidir. Həmin müharibələr zamanı ümumilikdə 110 milyon insan həyatını itirib, 360 milyon insan isə sağlamlığından məhrum olub.
"Rusiyanın NATO-nun şərq cinahına "hücum" ehtimalını nəzərdən keçirir". Bu barədə Almaniyanın "Bild" tabloidinin əldə etdiyi mümkün münaqişənin gizli ssenarisində deyilir. Almaniya Silahlı Qüvvələrinin komandanlığı özünün fəaliyyət planını hazırlayıb. "Bild" alman komandanlığının planı əks olunan "məxfi" sənədlərə istinad edərək xəbər verir ki, Rusiyanın təcavüzünü önləmək üçün onun qoşunları Avropa İttifaqına (Aİ) üzv ölkələrin ərazisinə daxil olmazdan əvvəl, NATO müəyyən edilmiş X günündə Şərq cəbhəsinə 300 min əsgər göndərəcək. Hələ 2022-ci ilin fevralında Almaniya müdafiə naziri Christine Lambercht Almaniyanın Avropanın lider hərbi gücü olmaq istəyində olduğunu bəyan etmişdir. Eyni ilə Adolf Hitler də hakimiyyətə gəldiyi zaman hədəflərinin dünyanın ən güclü ordusunu yaratmaq olduğunu bildirmişdir. Hitler nəzərdə tutduğu ordunu yaratdı və sonrada ikinci dünya müharibəsini həyata keçirməklə insanlığa böyük falakətlər yaşatdı. Dünya hədəfini açıqlayıb.
Almaniya Xarici Əlaqələr Şurasındakı çıxışında müdafə naziri Christine Lambercht Lambrecht Almaniyanın hazırlanmaqda olan ilk Milli Təhlükəsizlik Strategiyasının əsas xətlərindən danışarkən diqqətəlayiq mesajlar verib. Nasist dövrünün yaratdığı şübhələrin aradan qaldırılmasının lazım olduğunu müdafiə edən Lambrecht, Almaniyanın bu gün güclü bir ölkə olduğunu və Alman Silahlı Qüvvələri Bundeswehrin də təhlükəsizliyi təmin edən baş rol kimi görülməli olduğunu bildirib. Həqiqətən də, Almaniya ordusu güclənməkdədir. Lakin gücləndikcə Almaniya hakimiyyəti insanlığı təhdid etməkdədir. Nəzərə almaq lazımdır ki, 2005-ci ilə qədər Almaniya ordusunun hərbi təchizatı o qədər də geniş deyildi - cəmi 4, 7 milyard dollar. Lakin Almaniya 2009-cu ildə hərbi xərcləri 45,6 mld. dollara qədər artırdı. Hazırda hərbi xərclərin miqdarına görə dünyada 7-ci yeri tutur. Hərbi xərclər Almaniya Ümumi Daxili Məhsulunun 1,3%-ni təşkil edir. Hal-hazırda Almaniya ordusunda 250 min peşəkar hərbçi, 50.000 nəfər 6 ay müddətinə orduda xidmət edən 18-25 yaş arası çağırışçı və 2.500 nəfər aktiv ehtiyat hərbçi xidmətdədir. Hətta Almaniya hökuməti qadınların da orduda xidmət etməsinə icazə verir. Məhz bunun nəticəsidir ki, Almaniya ordusunda xidmət etmək istəyən qadınların sayı hər il artmaqdadır. Bugünkü açıqlanan məlumata görə, hazırda Almaniya ordusunda xidmət edən qadınların sayı 78 min 500 nəfərdir. Təbii ki, Almaniya ordusunun güclənməsi heç də sərhədlərin mühafizəsinə və ya gözlənilən xarici müdaxilələrin qarşısını almağa hesablanmayıb. Günün birində Almaniyanın qonşu ölkələrin ərazilərinə hücum etsə, bu, heç də təəccüblü görünməyəcək. Çünki Azərbaycanda bir el məsəlində deyildiyi kimi, "su axıb çuxurunu tapar". Almaniya müharibələrin törədilməsində maraqlı olan dövlətdir. Hər zaman çalışıb ki, sivil, demokratik dünyaya qan-qada gətirsin, ölüm itimlər yaratsın, şəhərlər viran edilsin, kənd və qəsəbələr yer üzündən silinsin. Bu məkrli niyyətdən Almaniyanın imtina edə biləcəyi inandırıcı deyil. Çünki yuxarıda qeyd etdiyim kimi, Almaniya mənən və ruhən faşist ideologiyasına bağlıdır. Faşizm isə insanlıq üçün fəlakət deməkdir. Ona görə də birmənalı şəkildə demək olar ki, Almaniya bəşəriyyət üçün təhlükə mənbəyidir. Təhlükənin aradan qaldırılmasının isə bir yolu var- başının dəmir yumruq gücünə də olsa əzmək. Necə ki, 1918-ci ilin noyabrın 11-də və 1945-ci ilin mayın 8- də Almaniyanı diz çökdürməklə təslim olmağa məcbur edildi.
ILHAM ƏLİYEV