“Naxçıvan Muxtar Respublikasın 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsində 2024-cü il yanvarın 1-dən prezident seçkilərinin keçiriləcəyin fevralın 7-dək 83 gəncin 18 yaşı tamam olacaq, onlar səsvermə hüquqlarından istifadə edə biləcəklər. Ümumilikdə dairə üzrə prezident seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı isə 2 664 nəfərdir”. Bu barədə secki-2024.az saytına 3 saylı Babək-Şahbuz-Kəngərli dairə seçki komissiyasının (DSK) sədri Taməddin Hüseynov məlumat verib. O bildirib ki, seçki dairəsində 60 məntəqə fəaliyyət göstərir və hamısında seçkilərə hazırlıq prosesi tam yekunlaşıb: “Dairə üzrə seçicilərin ümumi sayı 45 897 nəfərdir. Ən yaşlı seçicilərimiz isə 96 yaşlı 6 vətəndaşdır.Daha çox seçicinin qeydiyyatda olduqları ünvanlara gəlincə, bunlar Babək şəhərindəki 3-2 saylı və Kəngərli rayonunun Xok kəndində yerləşən 3-56 saylı seçki məntəqələridir. Bu iki məntəqənin hər birində 1 403 seçicinin səs verəcəyi gözlənilir”.