PDF Oxu

Siyasət

  • 1 471

Beynəlxalq təşkilatlar seçki bülletenlərinin paylanmasını yaxından izləyiblər

Beynəlxalq təşkilatlar seçki bülletenlərinin paylanmasını yaxından izləyiblər

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, eləcə də müvafiq dairə seçki komissiyalarının sədrləri və katiblərinin də iştirakı ilə Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb. Secki-2024.az saytı xəbər verir ki, proses açıq və şəffaf şəkildə həyata keçirilib.Beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media nümayəndələri və maraqlı seçki subyektlərinin prosesi yaxından izləyə bilmələri üçün hər cür şərait yaradılıb.

Digər xəbərlər