“Müşahidəçilərin verdiyi məlumatlara əsasən deyə bilərik ki, respublikanın heç bir yerində imzatoplama prosesində maneçilik törədilməyib”. Secki-2024.az saytının xəbərinə görə, bu fikirlər “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının (SMK) 7 fevral prezident seçkiləri ilə bağlı aralıq hasabatında öz əksini tapıb.Hesabatda prezidentliyə namizədlərin hər birinin yanvar ayının 15-dən başlamış təşviqat kampaniyasında böyük fəallıq göstərdiyi vurğulanır.Qeyd edilir ki, müxtəlif ərazilərdə, bölgələrdə seçicilərlə görüşlər keçirilir, onların problemləri haqqında ətraflı məlumatlar toplanır, qaldırılan məsələlər ətrafında geniş müzakirələr aparılır.“Müşahidəçilər ölkənin müxtəlif ərazilərində prezidentliyə namizədlərin keçirdiyi görüşləri də müşahidə ediblər. Onların verdikləri məlumatlara görə, bu görüşlər xeyli maraqlı keçir. Görüşlərdə əhalinin bir sıra problemləri müzakirə olunub, faydalı, konstruktiv təkliflər formalaşdırılıb. Namizədlər bu təklifləri teledebatlarda səsləndirirlər. Namizədlərlə keçirilən bu görüşlər insanların fəallığını artırmağa, onları səsvermədə fəal iştirak etməyə həvəsləndirir”, - deyə hesabatda qeyd edilir.