PDF Oxu

Siyasət

  • 1 596

QHT müşahidəçilərinin sayı ötən seçkilərlə müqayisədə 4 dəfə artıb

QHT müşahidəçilərinin sayı ötən seçkilərlə müqayisədə 4 dəfə artıb

"Vətəndaş cəmiyyətinin seçki müşahidəçiliyində iştirak səviyyəsi 2013-cü il və 2018-ci il prezident seçkilərindən xeyli yüksəkdir. Respublika ərazisində müşahidə aparacaq QHT nümayəndələrinin sayı son prezident seçkiləri ilə müqayisədə 4 dəfə artıb”. Secki-2024.az xəbər verir ki, bu barədə “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının 7 fevral prezident seçkisinin monitorinqi ilə bağlı açıqladığı aralıq hesabatında bildirilib.Qeyd edilib ki, müşahidə prosesinə qoşulacaq QHT-lərin sayı rekord həddə - 78-ə çatıb:“Ölkədə fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən 6 045 nəfər seçki günü prosesdə müşahidəçi qismində yer alacaq”.Hesabatda əlavə edilib ki, koalisiya təmsilçiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) ölkəmizə gəlmiş seçki müşahidə missiyasının nümayəndələri ilə və Avropa İttifaqının Azərbaycandakı ofisinin rəhbərləri ilə görüşərək seçki prosesi üzrə fikir mübadiləsi aparıblar.

Digər xəbərlər