PDF Oxu

Siyasət

  • 1 482

İrəvan isterikada -ANALİTİK+ŞƏRH

İrəvan isterikada -ANALİTİK+ŞƏRH

Politoloqları işə salıblar

Rəsmi Bakının İrəvandan dəqiq mina xəritələri, işğal altında qalan kəndlərin geri qaytarılmasını, üçtərəfli bəyanatda qeyd olunan şərtlərə əməl olunmasını qəti şəkildə tələb etməsi Ermənistanın ictimai-siyasi rəyində və bütövlükdə cəmiyyətində təlaş yaradıb.

Belə ki, bir sıra erməni ekspertlərinə görə, Azərbaycanın qarşısına qoyduğu məqsəd Naxçıvanla əlaqə yaratmaq üçün Ermənistandan torpaq qoparmaqdır.

Hər vəchlə sülh müqaviləsini imzalamaqdan yayınan Ermənistan bəhanələr axtarışına çıxıb

Ancaq rəsmi Bakı dəfələrlə bəyan edib və İrəvanın nəzərinə çatdırıb ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Məhz bu baxımdan, qənaətlə gəlmək olar ki, hər vəchlə sülh müqaviləsini imzalamaqdan yayınan Ermənistan bəhanələr axtarışına çıxıb. Bunun üçün isə ən əlverişli yol politoloqların səs-küy salmaq vasitəsidir. Daha dəqiq desək, erməni politoloqlar dünyanın diqqətini cəlb etmək, yəni Azərbaycanı “günahkar” çıxarmaq üçün yerli və xarici ictimai rəyə təsir etməyə cəhd edirlər.

Beləliklə, "Voskanapat" analitik mərkəzinin direktoru, politoloq Qrant Melik-Şahnazaryanın fikirlərinə diqqət edək...

Qrant Melik-Şahnazaryan: "Deyirlər ki, baxın onsuz da bizim günahımız yoxdur, gərginlikdən qaçmaq üçün hər şeyi etdik, lakin bu baş verdi"

Erməni siyasi eksperti “Sputnik Armeniya”a müsahibəsində bildirib ki, Ermənistan əslində Azərbaycanın istənilən tələbini yerinə yetirməyə hazır olmaqla özünü mümkün eskalasiyadan sığortalamağa, sadəcə olaraq bu müharibədən qaçmağa çalışır, Azərbaycan tərəfi isə əksinə, göstərir ki, hələ də narazıdır və problemlərini həll etmək üçün başqa yollar da tapa bilər: "Əsas problemlərdən biri ondan ibarətdir ki, Ermənistan Azərbaycanın "təhdidlərinə" ( dırnaqlar bizimdir - red.) adekvat hazırlaşmaq əvəzinə, sadəcə olaraq, günahı düşmənin üzərinə yıxmaq taktikasından istifadə etməyə çalışır və deyir - baxın, onsuz da bizim günahımız yoxdur, gərginlikdən qaçmaq üçün hər şeyi etdik, lakin bu baş verdi". Bu, ölkəmiz üçün yanlış və təhlükəli yanaşmadır və narahatlıq üçün kifayət qədər ciddi səbəblər var".

Politoloqun əsassız fikrincə, Azərbaycanın məqsədi Ermənistan ərazisi vasitəsilə Naxçıvanla əlaqə yaratmaq, Ermənistanla sərhəddə əlverişli mövqelər "zəbt etmək" və guya ki, yeni ərazilər "qazanmaqdır"

Erməni politoloqu əlavə edib ki, Azərbaycan hər zaman Ermənistanı təlatümdə saxlamağa çalışır və tələblər irəli sürür, onları beynəlxalq platformalarda öz fəaliyyətinin əsasına çevirir. "Başa düşürlər ki, başqa kart yoxdur, hər şey onlara keçib, amma bunun onlara uyğun olmadığını deyir və yeni tələblər irəli sürürlər", deyə Qrant Melik-Şahnazaryan bildirib.

O, bir az da irəliyə gedərək, yerli və xarici ictimai-siyasi rəyə sırımağa çalışır ki, guya Ermənistan hakimiyyəti nə qədər sülh dövründən, dünyanın qovşağından danışsa da, hamımız başa düşürük ki, Azərbaycanın belə məqsədləri yoxdur: "Azərbaycanın bəyanatları vəziyyətin gərginləşməsindən xəbər verir və Bakı bunu gizlətmir".

Politoloqun əsassız fikrincə, Azərbaycanın məqsədi Ermənistan ərazisi vasitəsilə Naxçıvanla əlaqə yaratmaq, Ermənistanla sərhəddə əlverişli mövqelər "zəbt etmək" və guya ki, yeni ərazilər "qazanmaqdırdır".

Melik-Şahnazaryan əmindir ki, bu, həm də Bakının tələbi idi...

Lakin başqa tərəfdən, Qrant Melik-Şahnazaryanın fikirində həqiqət də var. Misal üçün, o əlavə edib ki, hazırda Ermənistan hakimiyyəti Azərbaycandan heç nə tələb edə bilməz. Belə ki, İrəvan Bakı qarşısında təslim, yaxud kapitulyasiya sənədini bir neçə dəfə imzalayıb.

"Diktə edən tərəf Azərbaycandır və Ermənistan hakimiyyəti faktiki olaraq bölgədə Türkiyə-Azərbaycan maraqlarına xidmət edir”, - deyə erməni siyasi eksperti bildirib.

Azərbaycanla birbaşa danışıqların vasitəçisiz aparılmasına gəlincə, Qrant Melik-Şahnazaryan əmindir ki, bu, həm də Bakının tələbi idi.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq ictimaiyyətin müəyyən bərabərlik işarələri qoymağa və ya Ermənistan-Azərbaycan danışıqlar prosesini müəyyən məntiqdə saxlamağa çalışdığını başa düşən andan dərhal sonra Ermənistanla birbaşa dialoqa başlamaq və bununla da istədiklərini almaq qərarına gəlib.

Afət Tahirqızı

Digər xəbərlər