PDF Oxu

Siyasət

  • 1 617

"Qərbin islamofob addımları kəskin qınanılmalıdır" - ŞƏRH EDİLDİ

"Qərbin islamofob addımları kəskin qınanılmalıdır" - ŞƏRH EDİLDİ

"Qərbdə islamofob meyllər günü-gündən dərinləşməkdədir. Belə ki, özlərinin dini etiqad haqqında keçirdiyi sammitlərdə də xristianlığı təbliğ və İslam dininə qarşı qərəz nümayiş olunur. Bu baxımdan ABŞ Senatının 30-31 yanvar tarixində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Dini Etiqad Azadlığı Sammiti (IRF-2024) xüsusilə nəzərə çarpılır". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Deputat sözlərinə belə davam edib: "Sammitdə çıxış edən spikerlərin arasına 5 erməninin, o cümlədən bir nəfəri Qarabağdan könüllü çıxmış Siranuş Sarkisyanın daxil edərək onu qaçqın jurnalist kimi qələmə verilməsi, xüsusilə islamofob və azərbaycanofob siyasətin dərinləşməsinin göstəricisi hesab edirəm. Çünki Azərbaycanın öz ərazilərində suverenliyinin bərpa etməsi Qərb, o cümlədən ABŞ tərəfindən həzm edilə bilinmir.Əgər dini etqad azadlığı adında keçirilən sammitdə ermənilərə meydan verilərək Azərbaycana qarşı çıxışlar olunacaqsa, burda hansı dini etqad azadlığından danışla bilər?! Çox təəssüf ki, din siyasiləşdirilir. ABŞ əgər dini etqad azadlığına ədalətlə yanaşsaydı Azərbaycandan da spikerlər dəvət olunardı və Ermənistanın İslam dini ibadət yerlərinə qarşı törətdikləri vandallıqları da orda səsləndirilməyə şərait yaradılardı. Təəəssüf ki, bu baş vermir.Qərbdə günü-gündən dərinləşən islamofob və azərbaycanofob siyasəti müsəlman dünyasının da birləşməsini tələb edir. Qərb ədalət və beynəlxalq hüququ ayaqları altına ataraq bir xristian təssübkeşliyini çəkirsə, İslam dünyasının da birləşərək onların cavabının verilməsinin zamanı gəlib çatdığını hesab edirəm. Qərb müsəlman ölkələrində demokratiya altında müharibələr törədir və onların milli sərvətlərini talayaraq varlanırlar. Sonra da İslam dinini bəyənmirlər. Hesab edirəm ki, İslam dünyası tərəfindən Qərbin bu islamofob addımları kəskin qınanılmalıdır".
Ayşən Vəli

Digər xəbərlər