PDF Oxu

Siyasət

  • 2 257

8 saylı Binəqədi I seçki dairəsi üzrə seçicilərin 55 faizini qadınlar təşkil edir

8 saylı Binəqədi I seçki dairəsi üzrə seçicilərin 55 faizini qadınlar təşkil edir

“8 saylı Binəqədi I seçki dairəsi üzrə hazırda 37 seçki məntəqəsi fəaliyyət göstərir. Bir seçki məntəqəsinin isə seçki qanunvericiliyinə əsasən, səsvermə gününə azı 5 gün qalmış seçki dairəsinin ərazisində yerləşən 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində yaradılması nəzərdə tutulub”. Secki-2024.az saytı xəbər verir ki, bu barədə DSK-nın sədri Natiq Əliyev məlumat verib.O bildirib ki, hazırda dairə üzrə seçicilərin sayı 49 min 460 nəfərdir: “Onlardan 55 faizini qadınlar, 45 faizini isə kişilər təşkil edir. Növbədənkənar prezident seçkilərində 2 min 356 nəfər ilk dəfə səs verəcək. Onlarla maarifləndirici söhbətlər aparılıb”.N. Əliyev söyləyib ki, dairə üzrə seçki məntəqələri Mərkə¬zi Seçki Komissiyası tərəfindən seçkiyə aid olan bütün zəruri əşyalarla – seçki kabinələri və qutuları, seyf, ultrabənövşəyi lampalar, mürəkkəb balonları, generator, istilik radiatorları, fənər, məlumat lövhələri, dövlət rəmzləri olan bayraq, gerb və digərləri ilə təchiz olunub: “İstismar müddəti bitmiş və yararsız vəziyyətə düşmüş əşyalar və avadanlıq¬lar dairə seçki komissiyasının məluma¬tı əsasında Mərkəzi Seçki Komissiyası tərəfindən yenilənib. Seçki dairəsi üzrə sağlamlıq imkanları məhdud olan seçicilərin səs verməsi üçün şəraitin yara¬dılması məqsədilə MSK tərəfindən seçki məntəqələrinin girişlərində panduslar qu¬raşdırılıb. Seçki dairəsi üzrə əvvəlki seç¬kilərdə olduğu kimi, 10 seçki məntəqəsin¬də veb-kameralar yerləşdirilib”.DSK sədri əlavə edib ki, dairə üzrə 600-ə yaxın yerli müşahidəçi qeydiyyatdan keçib: “Bundan başqa, bir neçə gün əvvəl beynəlxalq müşahi¬dəçilərdən ATƏT/DTİHB-də Qazaxıstanı təmsil edən Akanov Olzhas və italiyalı Ar¬cidlacono Noemi də DSK-ya gələrək görülən işlərlə yaxından tanış olublar”.

Digər xəbərlər