Bəşər tarixinin ən vəhşi toplumunun ermənilər olduğunu desək səhv etmərik. Çünki bu toplum ən iyrənc vasitə və üsullardan istifadə etməklə insanlığa qarşı terror aktları törədir, amansız qətliamlar həyata keçirir. Təkcə son 2 əsrdə 2 milyondan çox azərbaycanlı erməni vandalizminin qurbanı olub. Bu müddətdə yüzlərlə şəhər yer üzündən silinib, kəndlər, qəsəbələr xarabazarlığa çevrilib. Təəssüflər olsun ki, sivil dünya vandal aktlarının təmsilçilərinə qarşı heç bir hüquqi tədbirlər görmək, sanksiyalarla cəzalandırmaq kimi tələblərlə çıxış etməyiblər. Əksinə, müəyyən hallarda hərbi-siyasi dəstəkləri ilə erməniləri daha amansız qətliamlar həyata keçirməyə qızışdırıblar. Məhz bu kimi dəstəyin nəticəsi olaraq ermənilər 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə 7 min əhalinin yaşadığı Xocalı şəhərində tarixin ən amansız soyqırımı aktını həyata keçirdilər. Bu vəhşiliyin dünya miqyasında hələ də bəzi ölkələr tərəfindən soyqırımı aktı kimi tanınmaması dünyanın ədalətsiz olmasından və hadisələrə ikili yanaşmasından irəli gəlir. Halbuki, əksər dövlətlər, o cümlədən ABŞ özünə ən böyük təhlükəni beynəlxalq terrorizmi görür. Ekspertlərin gəldikləri qənaətə görə, beynəlxalq terrorizmin digər cinayətlərdən fərqi ondadır ki, orada, eyni zamanda, üç tərəf iştirak edir. Birincisi, onun təşkilatçıları - Sarksiyan rejimi və ətrafı, ikincisi, terrorun qurbanları (Xocalıda 63 uşaq olmaqla, ümumilikdə, 613 insan soyqırıma məruz qalmışdır), üçüncüsü isə, terrordan sağ qalan insanlar. Beynəlxalq terrorizmdə terrorçuların hədəfi qurbanlar deyil, sağ qalmış insanlardır. Terrorçular törətdikləri cinayətləri nə qədər dəhşətli tərzdə yerinə yetirirlərsə, sağ qalmışlara qarşı təsiri bir o qədər çox olar. Bununla da, siyasi motivli planların həyata keçirilməsi üçün unikal imkanlar əldə etmiş olurlar. Bu mənada, Xocalıda insanlığa və bəşəriyyətə qarşı yönələn soyqırımı törətməklə erməni terrorçuları ətraf rayonların əhalisini qorxudub, torpaqların işğalını həyata keçirmək niyyəti güdmüşlər.
Terrorçuların hədəfi öldürülənlər deyil, sağ qalanlardır
ABŞ-da 2001-ci il 11 sentyabrında törədilən terror aktını da terrorçular erməni terrorçularına xas vəhşiliklə həyata keçirmişlər. O zaman terrorçuların hədəfi öldürülən 3000 nəfər deyildi. Məqsəd sağ qalanlar olmuşdur. O mənada ki, sağ qalanlar terror aktından dəhşətə gələcək və hakimiyyət müsəlmanlara qarşı cəza tədbirlərinə başlayacaq. Bu zaman isə müsəlmanlar təcavüzdən özlərini qorumaq üçün ayağa qalxacaqlar. Prinsipcə terrorçu nə qədər vəhşicəsinə qətliamlar həyata keçirsə, qəddarlıqlar törətsə, bir o qədər planlarını reallaşdırmağa yaxın olduqlarını düşünürlər. Qətliamdan qaçanlar gedib, insanlara çatdırırlar ki, cinayət yerində uşağa, qocaya, qadına baxmırlar, hər kəs vəhşicəsinə öldürülür, çarmıxa çəkilir, işgəncələrə məruz qalır. “Uzaqlara qaçmaq, gözlənilən faciələrdən qurtulmaq deməkdir”. Bu ssenarini ermənilər 1992-ci il fevral ayının 26-da Xocalıda törətdilər. Məhz bu soyqırımı aktından sonra digər ərazilərdə işğal edildi. Xocalı sanki digər rayonların işğalı üçün katalizator rolunu oynadı. Ermənilər Xocalıda soyqırımın miqyasını o qədər genişləndirdilər ki, bunu beynəlxalq terrorizm kimi dəyərləndirməmək mümkün deyil. Çünki erməni terrorizmi beynəlxalq terrorizmin tərkib hissəsidir. Bu qaydaları erməni terrorçuları çox gözəl bilirlər. Beynəlxalq terrorizmin digər cinayətlərdən həm də fərqi ondadır ki, adi cinayətdə şəxsi varlanma əsas götürülür. Cinayətkar girir evə, dağıdır, pulu, qızılı götürüb gedir. Beynəlxalq terrorizmdə isə vara-dövlətə maraq göstərilmir. Məqsəd yalnız siyasi motivdir. Hökumətə və xalqa işarə vurulur ki, bu cinayətlərdən də dəhşətlisini edə bilərik, bizim şərtləri qəbul edin. Adi cinayətdə müstəntiq törədilmiş cinayətlərin etiraf edilməsi üçün dəridən-qabıqdan çıxır, Beynəlxalq cinayətdə isə “biz etmişik, bunan da dəhşətlisini edə bilərik” deyə bildirirlər. Necə ki, Serj Sarkisyan terrorçulara xas formada cinayətlərini etiraf etmişdir.
Serj Sarkisyan dedi ki, azərbaycanlılar elə bilirdi ki, zarafat edirik…
İngilis jurnalisti Tomas de Val “Qarabağ” kitabında konkret olaraq göstərir ki, Xocalı soyqırımının törədilməsi ilə bağlı Serj Sarkisyana sual etdikdə, o, Xocalı soyqırımını bilərəkdən törətdiklərini etiraf edib: “Serj Sarkisyan dedi ki, azərbaycanlılar elə bilirdi ki, zarafat edirik, biz Xocalıda heç bir cinayət törətməyəcəyik. Amma biz azərbaycanlılara sübut etdik ki, bunu bacarırıq”. Azərbaycanlılara qarşı soyqırımı həyata keçirən S.Sarkisyanın hakimiyyətə gətirilməsində Rusiya maraqlı olub. Erməni terrorizmi budur. Beynəlxalq terrorizmin davamı olan terrorizm. Azərbaycan 44 günlük Vətən müharibəsində 30 illik erməni işğalı altında olmuş torpaqlarını azad edib, suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra dünya dövlətləri təfindən Xocalı soyqırımının tanıdılması üçün daha geniş iş aparılmalıdır. Bunun üçün dövlətimizin hər cür imkanları mövcuddur. Bu məsələdə dost, qardaş ölkə olan Türkiyənin imkanlarından da istifadə edilməlidir. Çünki Türkiyə dünyanın ən güclü və qüdrətli dövlətlərindədir. Heç bir dövlət Türkiyənin razılığı və dəstəyi olmadan dünya siyasətində beynəlxalq miqyaslı layihələri icra edə bilməz. Düzdür, Türkiyə özü də beynəlxalq terrorizmindən əziyyət çəkir. Lakin Türkiyə dövləti terrorizmə qarşı sərt və qətiyyətli mübarizə aparmaqla möhtəşəm uğurlar əldə edib. Bunla belə Türkiyə bəzi məsələlərdə, xüsusi ilə də ən azı PKK-anı terror təşkilatı kimi tanımaqda tərəddüdlər edir. Halbuki ABŞ 1999-cu il də PKK-nı terror təşkilatı kimi tanıyıb. Türkiyənin bu məsələlərdə qərarsız olması obyektiv səbəblərlə əlaqələndirilir. Səbəblərdən biri kimi ekspertlər onu göstərirlər ki, beynəlxalq aləmdə terrorizmin vahid tərifi yoxdur. Bizim üçün terrorçu olan təşkilat, digərləri üçün milli qəhrəman, xalqının və dövlətinin xilaskarı kimi təqdim olunur. Terrorizmlə bağlı 120-yə qədər müxtəlif məzmunlu təriflər olsa da, vahid, hər kəs tərəfindən qəbul olunan universal mövqe yoxdur. Misal kimi ABŞ və Qərb ölkələri bin Ladeni ən qorxulu terrorçu kimi tanısa da, ərəb dövlətlərinin xalqları onu milli qəhrəman kimi qəbul edib, dəyərləndirirdilər. Məhz bu amili nəzərə alan ABŞ bin Ladeni öldürdükdən sonra onun fiziki bədənini dənizdə basdırmağa üstünlük vermişdir. Çünki ABŞ ehtiyat etmişdir ki, insanlar onun məzarını ziyarətə çevirməklə ona gözdağı vermiş olarlar. Eləcə də "Daşnaksütyun" və "ASALA" terror təşkilatları Ermənistan hakimiyyətinin maraqlarını ifadə etdiklərindən bu təşkilatlar onlar üçün qəbul olunandır. Erməni terror təşkilatlarının yaradılması xranogiyasına nəzər yetirsək aydın ola ki, terrorizmin çiçəklənməsinə kənar qüvvələr hərbi, maliyyə, siyasi yardımlar göstəriblər. Erməni millətçiləri XIX əsrin sonunda, 1885-ci ildə Marseldə “Armenakan” partiyasını yaratdılar. Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədilib, bir sıra xarici terror təşkilatları ilə əməkdaşlıq münasibətləri qurublar.“Hnçak” partiyası 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, “Rus və İran Ermənistan”ları adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaqdan ibarət olub. Partiyanın proqramının 4-cü bəndində göstərilirdi: “Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”. “Daşnaksütun” erməni federativ inqilab partiyası 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövlətini qurmaqdan ibarət olub. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütun”un türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərarlarının da çap edilərək partiya üzvlərinə paylandığı məlumdur. Bu terror təşkilatı 1973-cü ildə fəaliyyətə başlayan “Erməni “soyqırımının intiqamçıları” qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib. “Erməni gizli azadlıq ordusu” (ASOA) 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü var. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları həyata keçirib. “Geqaron” 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılıb. Məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının həyata keçirilməsidir.“Erməni azadlıq hərəkatı” (AOD) 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.1979-cu ildə yaradılan “Erməni azadlıq cəbhəsi” terrror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycana qarşı terrorçular hazırlayır. Siyahını bir qədər də artırmaq olar. Yekunda bəlli aydın olan fakt ondan ibarətdir ki, ermənilər bəşəriyyətin varlğına , insanlığa düşməndirlər.
Ermənistan terroru dövlət siyasətinə çevirən dövlətdir
Ermənistanda "Daşnaksütyun" və "ASALA" terror təşkilatlarının üzvləri parlamentdə, eləcə də, hakimiyyətdə təmsil olunurlar. Bu da onu təsdiq edir ki, Ermənistan terroru dövlət siyasətinə çevirən və terror vasitəsilə öz çirkin məqsədini həyata keçirməkdən əl çəkməyən dövlətdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan 44 günlük Vətən Müharibəsi ilə müasir dövrün ən mükəmməl müharibəsini apardı. Müharibə dövründə heç bir mülki obyekt və insan zərər görmədi. Əksinə, Azərbaycanın Müzəffər ordusu müharibə zonasında olan erməni əhalisini mühafizə etməklə onların sakit ərazilər çıxarılmasını təmin etmişdir. Ermənistan isə müharibə zonasından çox-çox uzaq əraziləri raketlərlə hədəfə almaqla dinc insanları hədəfə almışdır. 44 günlük Vətən Müharibəsi zamanı terrorçu Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 4, 5, 8, 11, 17 oktyabr tarixləri olmaqla ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edildi. Bu amansız terror aktları nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak oldu, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Lakin terroru dövlət siyasətinə çevirən Ermənistan məkrli niyyətinə nail ola bilmədi. Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşməklə terrorizmi ləğv etdi, terrorçuları tamamilə məhv etdi və öz ərazi bütövlüyünü və suverenliyini tamamilə bərpa etdi. Bu gün işğaldan azad edilən ərazilərimiz rahat nəfəs alır. Keçmiş qaçqın və köçkünlər öz doğma yurd-yuvalarına qayıtmaqla o yerlərə yeni nəfəs verir, inkişaf etdirirlər.
İLHAM ƏLİYEV