PDF Oxu

Siyasət

  • 1 638

Hikkəli yaltaq necə "demokrat" oldu... - ŞƏRH

Hikkəli yaltaq necə "demokrat" oldu... - ŞƏRH

Və yaxud varlığı-yoxluğu bilinməyən nankor Gültəkin Hacıbəyli

Əgər bu gün sorğu keçirilərsə, sirr deyil ki, məmləkətimizdə siyasi xəyanətkarların təxminən 98 faizi Əli Kərimlinin ətrafında yetişdiyini deyərlər. Elə varlığı-yoxluğu heç kimə lazım olmayan "Milli Şura"nın "primadonnası" hikkəli, yaltaq Gültəkin Hacıbəyli heç də Ə.Kərimlidən geri qalmır. Məqsəd də bütün satqınçılıq fəaliyyəti ilə xarici ölkələrdə fəaliyyət göstərən ermənipərəst anti-Azərbaycan meyilli qüvvələrə nökərçilik göstərməklə, mənfəət əldə etmək, facebookda haray salmaqla özünün varlığını nümayiş etdirməkdir.

Gültəkin Hacıbəyli siyasi həyasızlıqda Əli Kərimlini kölgədə qoyur

Baş verənlərə diqqət yetirmək kifayətdir ki, deyilənlərin şahidi olasan. Düzü, G.Hacıbəylinin hələ də cəmiyyət arasına çıxıb demokratiyadan, həqiqətlərdən danışmasına adam mat qalır. Bu adamın nə bir demokratik kəlləsi var, nə də demokratiya uğrunda hansısa bir addımı. Əksinə, o, deputat olarkən - 2003-cü il hadisələrində tutulan, təzyiqlə üzləşən hər kəsi, bu gün qucağına sığınan Ə.Kərimlinin özünü də təhqir edirdi. Avropa Şurasının iclaslarında var səsi ilə Azərbaycanda siyasi məhbus olmadığını bağıran bu satqın əxlaqsız Ə.Kərimliyə ən aşağı sözləri deyirdi. Seçki öncəsi teledebatda isə "Azadlıq" blokunun namizədlərini alçaltmağa çalışırdı. 2008-ci ilin prezident seçkiləri ərəfəsində isə G.Hacıbəyli əsl yaltaqlığın necə olmasını xalqa əyani şəkildə bir daha göstərdi. Yaltaq, hikkəli əxlaqsız G.Hacıbəyli mandatsız qalanda, daş karxanan əlindən alınanda isə Ə.Kərimliyə sığınıb iqtidarın ünvanına böhtanlar yağdırmağa başladı. Bu, o G.Hacıbəylidir ki, əgər bu satqının daş karxanasını geri qaytarsaydılar, xırda bir mağaza açmağa şərait yaratsaydılar, başlayacaq Kərimlini söyməyə, camaata isə əxlaq, demokratiya dərsi keçməyə. Əlbəttə, adamda abrına qısılmaq hissi olmayanda, nə desən edər. Həyasızlığın həddi olmur.

Xəyanətin də bir sərhədi olsun, ay satqın Gültəkin "xanım"

Ən azından 10 illik səltənətin, bir zamanlar dalı da, qabağı da kəsən qılıncın, ucsuz-bucaqsız daş karxanalarının, marketlərin, dövlət tərəfindən verilən saysız-hesabsız imtiyazların, mənzillərin ya da canım sizə desin hətta iki sıfırla başlayan avtomobil nömrəsi üçün belə ağız açdığınız yüksək ranqlı məmurların-üzərinizdəki haqqına girməmək naminə də olsa. İncimək və küsmək haqqı sizdə-gerçəkdən yoxdur!

Sual edirəm: Sənin üçün nə dəyişdi ki, hakimiyyətin aktiv təbliğatçısı müxalifətin ən böyük birliyində təmsil olunmağı qərara aldın? Bu sual bəlkə də dəfələrlə verilib. Ancaq cavab nə olub? Ancaq müxalifətçi xanımın istəyinə uyğun suallar verilməlidir.

Göründüyü kimi, "demokratiya" libasına bürünən, G.Hacıbəyli kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəni 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var - NANKORLUQ!

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər