PDF Oxu

Siyasət

  • 3 211

Zəfər seçkisi yeni mərhələnin əsasını qoyacaq TƏHLİL

Zəfər seçkisi yeni mərhələnin əsasını qoyacaq TƏHLİL

Son 20 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkənin inkişafının ardıcıllığını təmin etmək, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini gücləndirmək məqsədilə həyata keçirilən genişmiqyaslı islahatların uğurlu nəticələri göz önündədir. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Xalq, birmənalı olaraq, Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətini müdafiə edir. Dövlət başçısı da yalnız milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan siyasət, islahatlar onu göstərir ki, Azərbaycanda bundan sonra da uzun müddətli, dayanıqlı inkişaf təmin olunacaq.
7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinin Zəfər seçkiləri adlandırılması əlbəttə ki, təsdadüfi deyil. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu seçkilər əvvəlkilərdən daha qürurverici və fəxarət hisi ilə yaradan seçklərdir. Tam əminliklə demək olar ki, 7 fevral seçkilərində əhalinin fəallığı əvvəlki seçkilərdən fərqlənəcək. İnsanlar daha kütləvi və aktiv şəkildə seçkilərdə səsvermədə iştirak edəcəklər. Fakt budur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi bütün vədləri və sözləri yerinə yetirib. Başlıcasısı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.

DÖVLƏT QURUCULUĞUNA SƏDAƏT

Birmənalı şəkildə qeyd olunmalıdır ki, xalqın iradəsinin ifadəsi sayılan seçkilərin azad və demokratik şəraitdə keçirilməsi ölkənin dövlətin hüquqi, demokratik dövlət quruculuğuna sədaəti ilə bağlıdır. Təbii ki, seçkilər zamanı ictimai fəallıq ən yükksək formada olur və seçicilər inadıqları və etibar etdikləri namizədə səs verməklə taleyini müəyyənləşdirmiş olur. 2024-cü il fevralın 7-də keçirilməsi nəzərdə tutulan növbədənkənar prezident seçkiləri də azad və şəffaf şəritdə xalqın iradəsi əsasında keçirləcək. Bu seçkilrəin önəmi ondan ibarətdir ki, xalqımız 30 ildən sonra ilk dəfə bütöv Azərbaycanın hər yerində seçkiləri keçirəcək. Bunun üçün dövlət hər cür imkan və şəraiti yaradıb. Artıq işağaldan azad edilmiş ərazilərdə məntəqələr yaradılıb, seçki siyahıları tam şəkildə formalaşdırılıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdikdən sonra ölkəmizin bütün ərazisində ilk dəfə olaraq keçiriləcək prezident seçkilərinin azad, demokratik və şəffaf şəkildə təşkili üçün şəhər və rayonlarda böyük hazırlıq işləri aparılır. Azərbaycan vətəndaşlarının bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də rahat səs verməsi üçün hər cür şərait yaradılıb. Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi təmin olunacaq.
Növbədənkənar prezident seçkilərini çoxsaylı yerli və xarici müşahidəçi izləyəcək.
7 fevral növbədənkənar prezident seçkilərində səsvermədən sonra bütün proseslərin aşkar həyata keçirilməsi üçün Müstəqil Media Mərkəzi də yardılıb. Media Mərkəzinin normal və hər cür texniki avadanlıqlar təchiz olunmaqla fəaliyyət göstərilməsi üçün geniş imkanlar yaradılıb. Əhalinin seçki fəallığının artırılması üçün paytaxt Bakı şəhərində və bölgələrdə maarifləndirici tədbirlər keçirilir, çağırışlar edilir. Eyni zamanda, dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər də təşkil olunur.

SÜLHÜN, TƏRƏQQİNİN VƏ ƏMİN-AMANLIĞIN TƏZAHÜRÜ

Azərbaycan xalqı 20 il öncə Cənab İlham Əliyevi prezident seçməklə sülhün, tərəqqinin, inkişafın, əmin-amanlığın və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə təmsil edən Azərbaycan Prezidenti İlham Əliyev sadiq və layiqli varisi olduğunu siyasi fəaliyyətində, əməlində təsdiqlədi. Azərbaycanın maraqlarına xidmət edən layihələri ilə dünyada Azərbaycanın söz, əməl sahibi olduğunu nümayiş etdirdi. Şərqdən, Qərbdən Azərbaycana müəyyən təzyiqlər olsa da, ölkə başçısının rəhbərliyi ilə bütün problemlər müsbət həllini tapmış olur. Azərbaycanın nə qədər çətin geosiyasi xəritədə yerləşməsinə baxmayaraq, ölkəmizdə sabitlik hökm sürür.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərizində nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyəti və milli maraqlara söykənən daxili və xarici siyasəti nəticəsində ölkəmiz güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan dövlətə çevrilib. Dövlət siyasətinin müasir modelini yaradan Cənab İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısının yerinə yetirilməsinə nail olmuşdur. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərkən bildirmişdi: "İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Keçirilən seçkilərində seçicilərin 76 faizdən çoxu Cənab İlham Əliyevin lehinə səs verdi və 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən dövr ərizində ölkəmizin qazandığı uğurlar hər bir vətəndaşın diqqətindədir. 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində xalqımız Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi.

YENİLƏŞƏN VƏ MÜASİRLƏŞƏN GÜCLÜ DÖVLƏT

Bu gün Azərbaycanın uğurlarından əminliklə söz açarkən qeyd etməliyik ki, bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə müdrik siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Reallaşan kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləri sırasında olan amillərdir. Azərbaycanın dinamik inkişafının göstəriciləri sırasında ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilib, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılıb. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar miqyasına görə heç bir ölkədə müşahidə olunmur. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə dövlətimizin diqqət və qayğısı davamlıdır. Ölkəmizin istənilən bir sahəsində uğurları görmək mümkündür ki, bu da insanların firavanlığının təminində mühüm rola malikdir. Görülən işlər deməyə əsas verir ki, Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir ordu və xalqın etimadını doğruldub.
Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək mərhələdədir. Mərkəzi və Şərqi Avropa ölkələri ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin məntiqidir.
Qətiyyətlə deyə bilərik ki, ötən 20 il ərizində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi yüksək imicə sahibdir.
Əldə olunan qələbələr, nailiyyətlər 7 fevral növbədənkənar prezident seçkilərindən sonra daha sürətlə davam etdiriləcəyi şübhəsizdir. Çünki Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət yalınız və yalnız xalqın rifahının daha da yaxşılaşmasına, dövlətin tərəqqisinin daha möhtəşəm şəkildə inkişaf etdirilməsinə hesablanıb.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər