PDF Oxu

Siyasət

  • 1 754

Xaricdə təhsil alan və səsverməyə ilk dəfə gedəcək seçici: “Vətənimizin çiçəklənməsinə səs verəcəyəm”

Xaricdə təhsil alan və səsverməyə ilk dəfə gedəcək seçici: “Vətənimizin çiçəklənməsinə səs verəcəyəm”

“Əlamətdar haldır ki, bu il ilk dəfə olaraq Konstitusiyamızda təsbit olunmuş öz səsvermə hüququmdan istifadə edərək, 7 fevral növbədənkənar prezident seçkilərində iştirak edəcəyəm”. Bunu secki-2024.az saytına açıqlamasında hazırda Litva Respublikasının Kaunas Texnologiya Universitetində təhsil alan Səfiyyə Babazadə bildirib.Onun sözlərinə görə, ötən illər ərzində Azərbaycanda şahidi olduğu inkişaf və tərəqqi, sabitlik, sülh və əmin-amanlıq gənclər qarşısında yeni vəzifələr qoyur: “Bunlar arasında başlıca vəzifə Vətənimiz Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməkdir. Odur ki, qarşıdan gələn növbədənkənar prezident seçkilərində iştirak etməklə Azərbaycan Respublikasının həyatında qlobal dəyişikliklərə, Qarabağda geniş vüsət almış bərpa-quruculuq işlərinə, keçmiş məcburi köçkünlərin yenidən tikilmiş evlərinə qayıdışlarına, bir sözlə Azərbaycanın çiçəklənməsi və dinamik inkişaf edən ölkəyə çevrilməsinə səs verəcəyəm. Hamını bu mühüm prosesdə fəal iştirak etməyə dəvət edirəm”.

Digər xəbərlər