PDF Oxu

Siyasət

  • 1 981

Tibb müəssisələrində müalicə alan seçicilər 19 seçki məntəqəsində səs verə biləcəklər

Tibb müəssisələrində müalicə alan seçicilər 19 seçki məntəqəsində səs verə biləcəklər

“Seçki Məcəlləsinin tələblərinə görə, tibb müəssisələrində müalicə alan şəxslərin prezident seçkilərində səsvermə günü səsvermə hüquqları var. Bu hüququ təmin etmək üçün seçki komissiyaları ilə yanaşı, həmin tibb müəssisələrinin üzərinə də vəzifə düşür”. Secki-2024.az saytı xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova deyib.O bildirib ki, tibb müəssisələri hansı seçki dairəsinin ərazisində yerləşirsə, həmin seçki dairələrinin dairə seçki komissiyaları səsvermə gününə ən az beş gün qalmış burada seçki məntəqələrini və məntəqə seçki komissiyalarını formalaşdırır. Katibin sözlərinə görə, hazırda tibb müəssisələrində müalicə alan seçicilər prezident seçkiləri günü 19 seçki məntəqəsində öz səsvermə hüquqlarından istifadə edəcəklər: “Bununla yanaşı, Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada daşınan qutulardan da istifadə olunacaq”.

Digər xəbərlər