PDF Oxu

Siyasət

  • 1 900

Politoloq: “Fevralın 7-də elektoratın fəallığı yüksək olacaq”

Politoloq: “Fevralın 7-də elektoratın fəallığı yüksək olacaq”

“Fevralın 7-də keçiriləcək prezident seçkiləri ölkəmiz üçün həm də beynəlxalq əhəmiyyətə mailkdir. Çünki bu seçkilər Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən sonra bütün ölkə ərazisində keçirilən ilk seçkilərdir. Bu baxımdan prezident seçkilərinin növbədənkənar təyin edilməsi çox düzgün və düşünülmüş addımdır”. Bu fikirləri secki–2024.az saytına açıqlamasında politoloq İlyas Hüseynov deyib.O, seçkiqabağı təşviqat kampaniyasının əhəmiyyətini artıran amillərdən də danışıb: “Müşahidələrimiz göstərir ki, ölkədə seçki mühiti qanunvericiliyə uyğun və sağlam şəkildə təşkil olunub. Prezidentliyə namizədlərin hər birinə, yaxud onların səlahiyyətli nümayəndələrinə bərabər efir vaxtı ayrılıb, mətbu nəşrlərdə təşviqat materialları ardıcıl dərc olunur. Onlar ideya və platformalarını fevralın 7-də seçki məntəqələrinə gedəcək tamaşaçı, dinləyici və oxucu kütləsi ilə bölüşürlər. Əlbəttə ki, burada əsas prioritet milli maraqlar çərçivəsində dövlətçiliyimizin möhkəm təməllər üzərində qurulması, ümumi konsepsiyanın seçicilərə təqdim edilməsidir”.İ.Hüseynov həmçinin, qarşıdakı seçkilərin Azərbaycan Konstitusiyasına, beynəlxalq qanunvericiliyin tələblərinə uyğun şəkildə keçiriləcəyinə, seçici fəallığı ilə müşayiət olnacağına əminliyini ifadə edib: “Düşünürəm ki, fevralın 7-də ölkəmizdə keçiriləcək azad və demokratik seçkilərdə elektoratın fəallığı yüksək olacaq. Azərbaycan vətəndaşı yeni mərhələdə dövlətimizin inkişafına, təhlükəsizliyinin qorunmasına, rifah halının yüksəldilməsinə səs verəcək”.

Digər xəbərlər