PDF Oxu

Siyasət

  • 4 678

Professor Sevinc Zeynalova:“Bu seçkilər Azərbaycanın gələcəyini müəyyən edəcək”

Professor Sevinc Zeynalova:“Bu seçkilər Azərbaycanın gələcəyini müəyyən edəcək”

“Azərbaycanın təhsil siyasətində son illərdə əldə olunan uğurlar insan kapitalının bilik və innovasiyalara əsaslanan inkişaf prioritetlərini əks etdirir. Əsas diqqət XXI əsrin tələblərinə uyğun olaraq modernləşmə və innovasiyaya yönəlib. STEM təhsilini, məktəbəqədər, peşə hazırlığını, istedadlı uşaqların inkişafını, rəqəmsal savadlılığı təkmilləşdirmək səyləri gələcəyə hesablanmış bir yanaşma nümayiş etdirir”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Azərbaycan Dillər Universitetinin professoru, təhsil üzrə mütəxəssis Sevinc Zeynalova söyləyib.Onun sözlərinə görə, təhsildə inklüzivliyə diqqət hər bir Azərbaycan vətəndaşının öz potensialını reallaşdırmaq imkanına malik olmasını təmin edir.Professor bildirib ki, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi və nəticədə, əlamətdar qələbəsi yeni dövrə yol açıb və diqqəti ölkənin gələcəyi üçün vacib olan strateji hədəflərə yönəldib: “Bu sırada təhsil də var. Azad edilmiş bölgələrin bərpası, köçkün soydaşlarımızın ata-baba yurdlarına qayıdışı və həmin ərazilərdə təhsil müəssisələrinin tikintisi, tədrisin bərpası kimi tədbirlər öz aktuallığını qazanıb. Yeddi fevral seçkiləri yaxınlaşdıqca, təhsilə üstünlük verən və ölkənin gələcəyinin formalaşmasında onun əsas rolunu prioritet edən siyasəti dəstəkləməyə davam etmək çox vacibdir. Hərtərəfli və uyğunlaşa bilən təhsil sistemi, şübhəsiz ki, gələcək illərdə Azərbaycanın davamlı inkişafına və çiçəklənməsinə öz töhfəsini verəcək. Bir sözlə, bu seçkilər Azərbaycanın gələcəyini müəyyən edəcək”.

Digər xəbərlər