Müxalifətdə olmaq, əldə olunan uğurlara kölgə salmaq, qazanılan qələbələri heçə endirməyə çalışmaq, bir sözlə, milli və dövlətçilik maraqlarına qarşı çıxmaq demək deyil. Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, eləcə də xaricdəki antimilli ünsürlər dövlətçiliyə qarşı qərəzli mövqe sərgiləməklə sağlam müxalifətçilikdən uzaq olduqlarını göstərirlər. Bu da ondan irəli gəlir ki, sözügedən satqınlar özlərini xarici mərkəzlərin maddi və mənəvi dəstəyindən asılı vəziyyətə salıblar. Düzdür, xaricdəki antimilli ünsürlərin vəziyyətləri buradakı xainlərdən bir qədər ağırdır. O mənada ki, antimilli ünsürlər Almaniyada, Fransada və digər Avropa ölkələrində yaşamaq izni almaq problemi qarşısındadırlar. Təbii ki, Almaniyanın, Fransanın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməyəcəkləri təqdirdə, Azərbaycana deportasiya olunacaqları şübhəsizdir. Nəzərə almaq lazımdır ki, son bir il ərzində Almaniyadan Azərbaycana 2345 nəfər deportasiya olunub. Onların arasında ölkəmizin milli maraqlarına qarşı təhqirlər səsləndirən, sonradan vicdansızlıqdan yorulub geri çəkilənlər də var. Almaniyanın faşist rejimi isə vicdanlı olmağın artıq mümkün olmadığını digər siyahılarında olan mühacirlərə də göstərmək üçün onları tələm-tələsik Azərbaycana deportasiya ediblər. Bu baxımdan, oradakı mühacirlər Almaniyanın nasist rejiminin istənilən çaldığı havanı oynamağa məcburdur. Əgər belə olmasa idi, oradakı azərbaycanlılar Almaniyanın Azərbaycana qarşı qərəzli mövqeyinə etiraz edərdilər. Ən azı almaniyalı deputat Frank Şvebenin təklifi ilə AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə etiraz əlaməti olaraq Bundenstaqın önündə aksiya keçirərdilər. Lakin bu hal baş vermədi. Əksinə, AŞPA-nın məlum irticaçı qərarından dərhal sonra faşist rejiminin sifarişi və təlimatı əsasında Almaniyada yaşayan antimilli ünsürlər “Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi” adlı qondarma qurum yaradıblar.
“Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi” xüsusi xidmət orqanlarının ideyasıdır
ASİMKOM-nin ilk toplantısında Fransadan və Almaniyadan olan xüsusi xidmət orqanlarının iştirak etmələri və açıq şəkildə müxtəlif pozalarda şəkillərinin çəkilməsinə imkanlar yaratmaları onu təsdiq edir ki, Almaniyanın nasist rejimi və Fransadakı ermənipərəst dairələr Azərbaycana qarşı yeni pozucu plan nəzərdə tuturlar. Sabah antimilli ünsürlər ölkəmizə qarşı ən ağılasığmaz ittihamlarla çıxış edib, hansısa təxribatlara yol versələr, bu, heç də təəccüblü görünməyəcək. Çünki satqınlar əvvəlcədən üzərilərinə öhdəliklər götürüblər və müəyyən təlimatlar alıblar. Bu o satqın şəxslərdir ki, Avropada “siyasi mühacir” adı altında Azərbaycan dövlətinin və xalqının milli maraqlarına qarşı çıxış edən və erməni lobbisinin əlaltıları olaraq missionerlik fəaliyyəti göstərənlərin bir müddət öncə, qrant uğrunda bir-birlərini təhqir edən videoları ictimailəşdirilib. Sosial şəbəkələrdə müxtəlif adlarda səhifələr yaradaraq, ən yaramaz və əxlaqsız fikirlərini səsləndirirlər. Hətta bu məxluqlar daha çox pul qazanmaq üçün bir-birini gözdən salmaqdan da çəkinmirlər. Xatırlatmaq lazımdır ki, Məhəmməd Mirzəli ilə Tural Sadıqlı arasında qrant bölgüsü ətrafında böyük qalmaqal yaşanmışdır. O zaman Tural Sadıqlı Məhəmməd Mirzəlinin ittihamlarına cavab verə bilməmişdir. Sonradan məlum olmuşdur ki, məsələnin bir ucu AXCP sədri Ə.Kərimliyə uzanır. Bu kimi faktlar belə nəticəyə gəlməyə zəmin yaradır ki, nəinki Avropadakı milli xainlər, eləcə də onları buradan idarə edən AXCP sədri Ə.Kərimli müxtəlif adlar altında insanları aldadır və onları şirin vədləri ilə torlarına salmağa cəhdlər göstərirlər. Fakt ondan ibarətdir ki, hazırkı vaxta qədər Ə.Kərimli dəfələrlə ona pul ödəyən müxtəlif dairələri aldadıb, dələduzuq edərək, vəsaitləri mənimsəyib. Bu baxımdan, xaricdəki antimilli ünsürlərlə Ə.Kərimlinin əməkdaşlığı alınır. Tərəflərin bütün məsələlərdə bir-birinə dəstək verməsi də maraqlarının üst-üstə düşməsindən irəli gəlir. AXCP sədri Əli Kərimlinin Avropadakı antimilli ünsürlərin xüsusi xidmət orqanlarının tapşırığı ilə yaradılan “ASİMKOM”-nin təmsilçilərinə təbrik mesajı ünvanlaması əməkdaşlığın hər iki tərəfə xeyir verdiyini göstərir. Həm də aydın görünür ki, planlaşdırılan təxribatların mərkəzində Ə.Kərimli olacaq: “Azərbaycanlı siyasi mühacirlərin vahid siyasi təşkilatda birləşmələri münasibətilə ürəkdən təbrik edirəm. Avropada fəaliyyət göstərən üç tanınmış mühacir təşkilat və heç bir təşkilatın üzvü olmayan mühacir siyasi fəallar “Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi”ndə birləşiblər. Təşkilatçılar “ASİMKOM”-un əsas məqsədini "Azərbaycanda demokratiya və azadlıqlar uğrunda mübarizəyə dəstək vermək, ölkədə demokratiya uğrunda mübarizə aparan düşərgənin Avropadakı sözçüsü olmaq" kimi müəyyənləşdiriblər”.
Sabah Ə.Kərimli üçün mənzərə dəyişə bilər
Bütün bunlardan sonra onu demək olar ki, AXCP sədri Ə.Kərimli Azərbaycan dövlətinin milli maraqlarını zərbə altına qoymaq üçün hər cür çirkin vasitə və üsullardan istifadə etməyə hazırdır. Xaricdəki antimilli ünsürlərlə əməkdaşlıqda Ə.Kərimlinin məkrli planlarının bir hissəsidir. Baxmayaraq ki, Ə.Kərimli ətrafında olan F.Qəhrəmanlı, S.Həzi, hətta Gültəkin Hacıbəyli və digərləri tam şəkildə çirkabın içində olan, natəmiz məxluqlardan başqa bir ada malik olmayan antimilli ünsürlərlə əməkdaşlığın əleyhinədirlər. Misal olaraq AXCP üzvü Qabil Məmmədovun Azərbaycan cəmiyyətində adının söyüş formasında səslənməsini göstərirlər. Buna baxmayaraq Ə.Kərimli Azərbaycanın siyasi, ictimai həyatında planlaşdırdığı pozuculuq təbliğatının aparılmasında xaricdəki antimilli ünsürlərin işinə yaradığını nəzərə aldığından ətrafında olan narazılarının fikirlərini qəbul etməkdən imtina edir. Həm də bu əməkdaşlıqla Ə.Kərimli böyük məbləğdə maliyə vəsaitləri qazanır. Ona görə də, Ə.Kərimli indiki məqamda xaricdəki antimilli ünsürlərlə əməkdaşlıq əlaqələrini davam etdirməyi vacib hesab edir. Lakin sabah mənzərə dəyişə bilər. O zaman Ə.Kərimli fərqli addım atacağı şübhəsizdir. Əbəs yerə deyilməyib ki, öz maraqları xatirinə istənilən əqidə dostunu, yoldaşını qurban vermək, Ə.Kərimli üçün adidən adi bir şeydir.
İLHAM ƏLİYEV