Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin vaxtı yaxınlaşdıqca dağıdıcı müxalifətin və onlara himayədarlıq edən xarici məkrli dairələrin qərəzli açıqlamalarının və anormal qərarlarının da miqyası artıb. Artıq məkrli tərəflər qərəzli qərarlarının Azərbaycan cəmiyyətində heç bir təsir reaksiyası doğurmadığını anladıqlarından əməli təxribatlar törətməklə fəaliyyətlərini yeni mərhələyə keçirməyə çalışırlar. Bu ssenarinin həyata keçirilməsində xaricdəki antimilli ünsürlərdən də istifadə edilməsi nəzərdə tutulur. Faşist rejiminin çiçəklənməyə başladığı Almaniyada “Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi” adlı qondarma qurumun yaradılması məhz Azərbaycana qarşı planlaşdırılan terror və pozucu aktların daha geniş formada həyata keçirilməsi məqsədindən xəbər verir. AXCP sədri Əli Kərimlinin və Milli Şuranın sədri Cəmil Həsənlinin “Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi”nin təşkilatçılarına təbrik mesajları ünvanlamaları və açıq tezislərlə onları Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı sərt və təsirli təxribatlar törətməyə çağırmaları planların ciddi olduğunu göstərir. Bu baxımdan, sabah Bakı şəhərində eləcə də Azərbaycanın hansısa bölgəsində terror aktı törədilsə və ya vətəndaşlara hücumlar təşkil olunsa, bu, heç də gözlənilməz təəccüb doğuran hal kimi qiymətləndirilməyəcək. Çünki Azərbaycanın dağıdıcı müxalifəti, xaricdəki antimilli ünsürlər və onlara maddi, mənəvi dəstək göstərən ermənipərəst mərkəzlə beynəlxalq terrorizmin tərkib hissəsi kimi açıq şəkil də hədələyici açıqlamalarla çıxışlar edir, Azərbaycanın dövlətçiliyini təhdid edən fikirlər səsləndirdilər. Bu baxımdandır ki, Azərbaycan cəmiyyəti hüquq-mühafizə orqanlarından pozuculuq aktları planlaşdıran məkrli qüvvələrin cəzalandırılmasını tələb edirlər. Hətta AXCP sədri Əli Kərimlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin və Müsavat başqanı Arif Hacılının ətrafında olan dövlətçi insanlar belə liderlərini sərt şəkildə tənqid edirlər. Yəni haqqın, ədalətin yanında olmaqla qərəzli mövqe sərgiləyən, şər və böhtanlarla çıxış edən, təxribatlar planlaşdıran dağıdıcı müxalifət partiya sədrlərini ifşa edirlər.
Əli Kərimli Ben Kardindən sitat gətirir
Nə zaman kimsə Azərbaycan haqqında əsassız fikir səsləndirsə, dərhal dağıdıcı müxalifət onu özünəməxsus şəkildə şərh edib paylaşır. Düşünürlər ki, xaricdəki ermənipərəst dairələr Azərbaycanla bağlı qərəzli fikir söyləməklə düzgün və ədalətli mövqe sərgiləyirlər. Belə demək mümkünsə, onların mövqeyinə uyğun fikirlər ifadə edənlər “haqqın”, “ədalət”in carçılarıdırlar. Halbuki, hər kəsə gün kimi aydındır ki, Azərbaycana qarşı qərəzli fikirlər səsləndirənlər ya erməni lobbisinin üzvləridir, ya da Azərbaycanın dünya miqyasında əldə olunan uğurlarını həzm etmək istəməyən, qısqanclıqla yanaşan Almaniya, Fransa, ABŞ kimi məkrli dövlətlərdir. Fransa o dövlətdir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan 30 illik erməni işğalına son qoyub ərazi bütövlüyünü bərpa etdikdən sonra Fransa senatı erməniləri himayə edən, Ermənistana dəstək göstərən irticaçı qərarlar qəbul etdi, Makron hər fürsətdə ölkəmizlə bağlı qərəzli açıqlamalarla çıxış edib. Almaniya və ABŞ-da eyni ilə ermənipərəst mövqe sərgiləyiblər. Məhz faşist cərəyanın əsas ideoloqlarından olan Frank Şvabenin təklifi əsasında Azərbaycanın AŞPA-da səsvermə hüququnun məhdudlaşdırılması ilə bağlı qətnamə qəbul edildi. Qısası, Əli Kərimlinin, C.Həsənlinin və digər dağıdıcı ünsürlərin Azərbaycana qarşı olan bəlli düşmən mövqelərindən ruhlanaraq paylaşmalarının sayını artırmaları onların sağalması mümkünsüz olan xəstəliyə tutulduqlarını göstərir. Hətta o qədər xəstə təfəkkürə mübtəla olublar ki, barda alkaşın, küçədə narkomanın, səhnədə ağılsız rəqqasənin, siyasətdə erməni kökənli şəxsin Azərbaycanla bağlı istənilən sayıqlamasını bəh-bəhlə öz sosial şəbəkə hesablarında paylaşırlar. O günləri də Ə.Kərimli Ermənistanda doğulub, sonradan qaçqın kimi ABŞ-a sığınmış, hazırda isə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri olan Ben Kardininin Azərbaycan haqqında əxlaqsız açıqlamasını tirajlayıb: “Ben Kardin Azərbaycan hakimiyyətini jurnalistlərin və müxalifətçilərin təqibini dayandırmağa çağırıb. Azərbaycanda jurnalistlərə hücumlar, müxalifət xadimlərinin qanunsuz həbsi və transmilli repressiyalardan istifadə etmə - antidemokratik taktikadır. Bakı COP29 ərəfəsində beynəlxalq ictimaiyyətin bir hissəsi olmaq üçün siyasi məhbusları azad etməli və bu təqibləri dayandırmalıdır”.
Məhkəmə qərar qəbul edərkən bunu nəzərə alacaq
Bu məxluq hələ də anlamır ki, Azərbaycanın güclü və qüdrətli, sabit və demokratik dövlət olmasının bariz nümunəsidir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsinə qərar verilib. Təbii ki, Azərbaycan konfransın ən yüksək formada həyata keçirilməsini təmin edəcək. Bunun üçün ölkəmizin hər cür resursları və imkanları mövcuddur. Digər tərəfdən COP29 konfransında siyasi məsələlər deyil, iqlim dəyişiklikləri müzakirə ediləcək. Ə.Kərimli bunu anlamırsa, buyurub 1995-ci ildən bəri hər il keçirilən konfransların proqramına baxa bilər. Ə.Kərimli ənənəvi moizəsini qeyd edərək iddia edir ki, guya ölkəmizdə siyasi məhbuslar var. Lakin həmin siyasi məhbusların kimlər olduğunu açıqlamır. Bu da onu deməyə əsas verir ki, Ə.Kərimli boşboğazlıqdan başqa bir şey bacarmır. Əgər Ə.Kərimli Tofiq Yaqublunun, Qubad İbadoğlunun, Nazim Baydəmirlinin siyasi məhbus olduqlarını düşünürsə, burada da yanlışlığa yol verir. Çünki o şəxslərin kifayət qədər yaşları və başları var. Onlar istintaqın gedişində cinayətlərini açıq şəkildə etiraf ediblər. Söz yox ki, cinayətin səmimi şəkildə etirafı müsbət cəhətdir. Yəqin ki, məhkəmə sonda qərar qəbul edərkən bunu nəzərə alacaq.
İLHAM ƏLİYEV