"2 fevral Gənclər günüdür". Bu sözləri SİA-ya açıqlamasında “İRƏLİ” İctimai Birliyinin Mətbuat katibi Arif Rəhimli deyib. O bildirib ki, bu münasibətlə bütün Azərbaycan gənclərini ürəkdən təbrik edirəm: "Biz Gənclər günündən danışarkən ümumilikdə bunların hər birini Gənclər gününün tərkib hissəsi hesab edə bilərik. Dövlət Gənclər siyasəti Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulub, ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər tərəfindən əsası qoyulan Dövlət Gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gənci öz fəallığını bütün sahələrdə ortaya qoyur. Aktiv vətəndaşlıq, vətənpərvər ruhda tərbiyə alır.2 fevral Gənclər gününün mahiyyəti ondan ibarətdir ki, Azərbaycan MDB məkanında ilk ölkədir ki, 1997-ci ildən Gənclər gününü qeyd edir. Yalnız 1998-ci ildə BMT Baş Məclisinin sessiyasında beynəlxalq Gənclər günü ilə bağlı qərar qəbul olundu. Bu, o zamandan Azərbaycan gəncliyinə göstərilən qayğının təzahürü idi. Ümummilli Lider Heydər Əliyev daim Azərbaycan gənclərinə öz diqqət və qayğısını göstərirdi. Diqqət və qayğının nəticəsində Azərbaycanda ilk ixtisaslaşmış dövlət qurumu olan Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan gənclərinin 1-ci forumunun keçirilməsi və bu istiqamətdə atılan bir sıra addımları nümunə göstərə bilərik"."Prezident İlham Əliyevin fəaliyyəti dövründə də gənclər siyasətində atılan addımlar uğurla davam etdirilmiş, Azərbaycan gənclərinin müxtəlif istiqamətlərdə inkişafı əsas prioritet olaraq müəyyən olunmuşdur. Bu müddət ərzində Azərbaycan gəncliyi dövlət proqramları, Azərbaycan gəncliyinin 2015-2025-ci illərdə inkişaf Strategiyası ölkə gəncliyinin inkişafına hesablanmış amillər sırasına aid etmək olar. Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasətin əsasında Azərbaycan gənclərinin vətənpərvər ruhda inkişafı dayanırdı. Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinin vətənpərvər və ümummilli məsələlərdə fəal olmasını istəyirdi.Ümummilli Liderin bu istəyi 44 günlük Vətən müharibəsində özünü bir daha sübut etdi. Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində aktiv şəkildə iştirak etdi, torpaqlarımızın işğaldan azad olunmasında milli birlik nümayiş etdirdi. Həm ön, həm arxa cəbhədə, həm də informasiya cəbhəsində gənclərimiz olduqca fəal iştirak etdilər. Xüsusi qeyd etmək istəyirəm ki, ötən il 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror tədbirlərində də Azərbaycan gəncləri fəal iştirak etdilər. Milli birlik nümayiş etdirdilər. Bu birlik onu göstərdi ki, Azərbaycan gənci sözün əsl mənasında vətənpərvər, ümummilli məsələlərdə fəaldır. Bundan sonra da ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunması istiqamətində müsəlləh əsgər kimi həmişə hazırdır və ölkə başçısının ətrafında sıx birləşib. Bu gün Azərbaycan gəncliyinin qarşında bir sıra imkanlar var. Bu imkanlar Dövlət Gənclər siyasətinin vacib istiqamətləri üzrə formalaşmış və gənclərə bu kimi imkanlar yaradılmışdır. Hal-hazırda "Gənclər üçün Prezident Mükafatı", "İlin gənci" mükafatı, "Yüksəliş" müsabiqəsi, "Heydər Əliyev adına təqaüd", gənc istedadların "Qızıl kitabı" ölkə gənclərinə olan diqqətin nümunələridir. Gənclər müxtəlif sahələrdə təcrübə keçir, könüllü fəaliyyətlə məşğul olur, öz sahələri üzrə oxuduqları və fəaliyyət göstərmək istədikləri sahə üzrə könüllü fəaliyyət göstərərək ölkə gəncliyinin inkişafı istiqamətində töhfələr verirlər. Qarşıdan 7 fevral Prezident seçkiləri günü gəlir. Azərbaycan gəncliyi bütün ümummilli məsələlərdə olduğu kimi 7 fevral tarixində Prezident seçkilərində də inanırıq ki, fəallığı ilə seçiləcək. 7 fevral tarixində bütün Azərbaycan gəncləri səsvermədə iştirak edəcəklər" - deyə A.Rəhimli əlavə edib.
Müəllif: Söylü Ağazadə