PDF Oxu

Siyasət

  • 2 714

Allahverən İsmayılov: "6 000-dən çox məntəqə müasir informasiya kommunikasiya sistemləri və dayanıqlı internetlə təmin edilib"

Allahverən İsmayılov: "6 000-dən çox məntəqə müasir informasiya kommunikasiya sistemləri və dayanıqlı internetlə təmin edilib"

Fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində tətbiq olunacaq bütün informasiya texnologiya qurğuları, video-foto və digər avadanlıqların hamısı ən yeni nailiyyətləri özündə birləşdirir. Secki-2024.az saytı xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov bildirib."Qısa müddətdə 6 000-dən çox məntəqə müasir informasiya kommunikasiya sistemləri və dayanıqlı internetlə təmin edilib. 1 000 məntəqədə müşahidə kameraları quraşdırılıb. Qurğu və avadanlıqlarımız o qədər müasirdir ki, qarşıdan gələn bir neçə onilliklərdə onlardan istifadə imkanımız olacaq",- deyə o qeyd edib.

Digər xəbərlər