PDF Oxu

Siyasət

  • 1 841

"Kadr islahatları labüddür və qaçılmazdır” - MÜNASİBƏT BİLDİRİLDİ

"Kadr islahatları labüddür və qaçılmazdır” - MÜNASİBƏT BİLDİRİLDİ

"Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildən etibarən ölkədə həyata keçirilən genişmiqyaslı və dərinləşdirilmiş islahatların növbəti mərhələsi özündə ölkə həyatının bütün sahələrini, o cümlədən dövlət idarəçiliyi sisteminin təkmişləşdirilməsini, daha çevik, daha yaradıcı və yeni dövrün çağrışlarına cavab verə biləcək hala gətirilməsini ehtiva edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib. O bildirib ki, bu prosesin təməlində isə, şübhəsiz ölkənin yaxın və uzaq hədəflərinə yönəlmiş strateji düşüncə, baxış bucağı dayanır: "Prosesin böyük Zəfərimizdən sonra daha da sürətlənməsi, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkənin gələcək inkişafına da eyni əzm və qətiyyətlə yanaşdığını göstərir. Əslində, Prezident İlham Əliyevin “Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır” fikirləri həyata keçirlən kadr islahatlarının mahiyyətini ifadə edir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra regionda və dünyada baş verən kataklizmlər, qələbəmizlə və təbii ki, bölgəyə müdaxilə üçün plasdarma çevirmək istədikləri Ermənistanın rüsvayçı məğlubiyyəti ilə barışa bilməyənlərin ən müxtəlif müstəvilərdə Azərbaycan xalqına və dövlətinə cəbhə açmağa çalışdıqları bir zaman kəsiyində genişmiqyaslı islahatlara, dövlət idarəçiliyinə yenilikçi düşüncənin daşıyıcısı olan kadrların gətirilməsinin yeni mərhələsinə start verilməsi, şübhəsiz ki, Prezident İlham Əliyevin siyasi lider olaraq qətiyyətinin, prinsipiallığının bariz nümunəsidir.Bu xüsusda XIX əsrdə Britaniyanın dövlət xadimi, Tomas Babinqton Makoleyin fikirlərinə müraciət etmək istəyirəm. Makoley «İngiltərənin tarixi” əsərində yazır: “Biz qanunları övladlarımız üçün yaratmırıq. Onlar üçün atmalı olduğumuz yeganə addım böyük islahatların necə həyata keçirildiyi barədə nümunələr yaratmaqdır”. Prezident İlham Əliyev tariximiz üçün Qalib Lider obrazını yaratdığı kimi, Azərbaycanın gələcəyi üçün də islahatları, dövlətin və vətəndaşın mənafeyinə, milli maraqlara, təhlükəsizliyə zərər vurmadan həyata keçirməyi bacaran dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə münasibətdə mühafizəkar, dövlət idarəçilik sisteminə münasibətdə isə islahatçı lider nümunəsini formalaşdırır"."Azərbaycanda həyata keçirilən struktur islahatlarının təməl fəlsəfəsini və hədəfini isə ölkə həyatının bütün sahələrində çevik, dinamik, dürüst, şəffaf, kollegial, müasir və yaradıcı idarəçiliyin tətbiqi təşkil edir. Qeyd edim ki, ölkəmizdə həyata keçirilən kadr islahatların ən önəmli cəhətlərindən biri, onun konseptual əsaslara və real mexanizmlərə malik olmasıdır" - deyə deputat əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər