PDF Oxu

Siyasət

  • 1 559

"İndi seçim AŞPA-nın öz əlindədir" - MÜNASİBƏT BİLDİRİLDİ

"İndi seçim AŞPA-nın öz əlindədir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Avropa Şurası və onun təsisatlarında iştirakımız könüllü xarakter daşıyır". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib. Deputat qeyd edib ki, amma bu təşkilatlarda bizə qarşı qərəz və ikili standartalar tətbiq olunanda biz orda bizim mövcudluğumuzun nə qədər bizə lazım olması ilə bağlı düşünməli oluruq: "AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya etməməsi və bunun üçün heç bir əsası olmayan qondarma arqumentlərin səsləndirilməsi qəbuledilməzdir. Ona görə də Azərbaycan nümayəndə heyəti AŞPA-nın qərarını gözləmədən mətbuat konfransı keçirərək bəyanat səsləndiməklə fəaliyyətimizi qeyri-müəyyən müddətə dayandırdıq. Bu, nümayəndə heyətimizin çox düzgün qərarı idi. İndi seçim AŞPA-nın öz əlindədir. Əgər onlar Azərbaycana qarşı ədalətsizliyi anlayaraq qərarını və ölkəmizə qarışı olan qərəzli siyasətində dəyişiklik edərsə bizim bu platformaya qayıtmağımızı mümkün hesab edirəm. Çünki, ölkəmiz dialoq üçün bütün beynəlxalq platformalardan istifadə etməyinə önəm veirir. Amma onlar öz qərarında və ölkəmizə qarşı olan siyasətində dəyişiklik etməzsə təbii ki, Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakımız da ölkəmizə lazım deyil. Ölkəmizin siyasəti müstəqil və açıqdır. Bizim gizlədəcəyimiz heç nə yoxdur".O, əlavə edib ki, mövqeyimiz və hərəkətlərimiz də beynəlxalq hüquqa söykənmişdir: "O cümlədən ölkəmizdə demokratiya, insan haqları və qanunun aliliyin təmin olunması bizim öz seçmimizdir. Biz özümüzün demokratik prinsiplərimizi Avropa Şurasının və digərlərin xoşuna gəlməsi üçün təmin etməmişik. Hətta biz nə qədər demokratik prinsiplərə və insan haqlarına yüksək dəyər versək də, onlar bizə qarşı həmişə qərəzli olublar və 5-ci kolonun əli ilə ölkəmizdə sabitliyi pozmağa çalışıblar. Bu gün isə Azərbaycan dövləti heç də 90-cı illərin Azərbaycanı deyil. Bu günki Azərbaycan dövləti həm demokratiya, insan haqları və qanunun aliliyinin bütün təməl prinsiplərini çox yüksək səviyyədə təmin edib, həm də ölkə ərazilərində suverənliyi bərpa edib və güclü Azərbaycana çevrilmişdir. Bu gün heç kim Azərbaycana təzyiq göstərə və dikte dilində danışa bilməz. Kimlərsə buna cəhd edərsə onun cavabı da yerindəcə verilir. Dostlarla dostuq, düşmənlərə də bizə qarşı olan baxışlarınızı dəyişin deyirik. Əks halda bizim yollarımız ayrılmalıdır".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər