PDF Oxu

Siyasət

  • 2 331

2 Fevral-Azərbaycan Gəncləri Günü - ŞƏRH

2 Fevral-Azərbaycan Gəncləri Günü - ŞƏRH

Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə Yasamal rayonu Heydər Əliyev Mərkəzində “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektorunun sədri İlham Səfərov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının və Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, fəal gənclər iştirak edib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənYasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektorunun sədri İlham Səfərovəsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd ediblər. Bildirilib ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yeni nəsil yetişmişdir. Dövlət gənclər siyasətini bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Prezident cənab İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin "Gənclər ili" elan edilməsində də göstərdi. Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident cənab İlham Əliyevin və birinci vitse- prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət verməsi isə hər bir gənci ruhlandırır.Azərbaycan Prezidenti hər zaman gənclərə xüsusi önəm verib. Çünki məhz gənclər dövləti və xalqı ağır, tarixi sınaqlardan çıxarırlar. Bildirildi ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Onların cəsarəti sayəsində əldə olunan bu Zəfər sayəsində xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bundan sonra da gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında səmərəli fəaliyyət göstərəcəkləri bildirilib.

Çıxış edən fəal gənclər onlara olan xüsusi diqqət və qayğıdan bəhs edərək, ölkə rəhbərliyinin bu sahədə attığı addımlardan bəhs ediblər.

Sonra bir qrup gəncə fəxri fərmanlar və diplomlar təqdim edilib.

Tədbirə bədii hissə ilə yekun vurulub.

Digər xəbərlər