PDF Oxu

Siyasət

  • 2 848

Prezident seçkilərində 590 min nəfər seçici ilk dəfə səs verəcək

image

“Fevralın 7-də keçiriləcək prezident seçkilərində ümumilikdə 590 min nəfər ilk dəfə səs verəcək”. Secki-2024.az saytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev fevralın 2-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və MSK-nın birgə əməkdaşlığı çərçivəsində növbədənkənar prezident seçkiləri ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında keçirilən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda tədbirdə deyib.MSK üzvü bildirib ki, prezident seçkiləri ilə əlaqədar seçicilərin çoxluğu nəzərə alınaraq 832 yeni seçki məntəqəsi yaradılıb: “Həmin məntəqələrin də 26-sı işğaldan azad olunmuş ərazilərdədir. Bununla yanaşı, 119 dairə üzrə 1 000 seçki məntəqəsində kamera quraşdırılıb".

Digər xəbərlər