PDF Oxu

Siyasət

  • 1 515

"AŞPA-da anti-Azərbaycan siyasətini yürüdürlər" -MÜNASİBƏT BİLDİRİLDİ

"AŞPA-da anti-Azərbaycan siyasətini yürüdürlər" -MÜNASİBƏT BİLDİRİLDİ

"Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqunu qəbul edərkən cənab Prezidentimiz İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası ilə bağlı dedikləri dövlətimizin mövqeyini açıq-aydın və konkret ifadə edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib. Deputatın sözlərinə görə, bu, o deməkdir ki, Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan siyasətini bəzi qruplar və dairələr yürüdürlər: "Azərbaycana qarşı şər, böhtan və qərəz kompaniyası aparılır. AŞPA-da belə mövqe tutulmanın başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində və lokal xarakterli anti-terror tədbirlərində həmin ölkələrin də üzərində qələbə qazanıb. Onlar bu vəziyyətlə barışa bilmirlər. Azərbaycanın üzərinə total hücuma keçiblər"."Avropa Şurası Parlament Assambleyası ədalətli mövqe tutmayana qədər Azərbaycan bu qurumun işində iştirak etməyəcək. Çünki heç bir təşkilat dövlətlərin suverenliyinin fövqündə özünü tuta bilməz və hökm dili ilə danışa bilməz. Azərbaycanın dövlət suverenliyi belə təşkilatlardan üstündür, çünki dövlətlər olmasa, həmin təşkilatlar da olmaz. Avropa Şurası Parlament Assambleyasında bilməlidirlər ki, ondan daha böyük və tarixi daha əvvəllərə gedib çıxan parlamentlərarası ittifaq var. Azərbaycan həmin Parlamentlərarası İttifaq və digərləri ilə əməkdaşlığını genişləndirəcək. AŞPA-nın belə hərəkətlərindən ən çox ziyan təşkilatın özünə dəyəcək", - deyə M.Qasımlı əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər