PDF Oxu

Siyasət

  • 2 881

Ermənistan Paris və Dehli üçün silahların sınaq meydançasına çevrilir - ŞƏRHLƏR

Ermənistan Paris və Dehli üçün silahların sınaq meydançasına çevrilir - ŞƏRHLƏR

Ermənistanın müdafiə naziri Suren Papikyan ER İctimai Televiziyasına müsahibəsində silah alışının şaxələndirilməsi ilə bağlı maraqlı açıqlamalar verib, eyni zamanda İrəvanın hərbi sahədə yeni tərəfdaşlarının yaranmasına eyham vurub.

Heç kimə sirr deyil ki, “daşlar diyarı”nda qızdırmalı silahlanma yarışı 2020-ci ildə Qarabağda 44 günlük müharibədə Ermənistanın sarsıdıcı məğlubiyyətindən dərhal sonra başlayıb. Sonrakı 3 il ərzində Ermənistan tərəfi Azərbaycandan heç də geri qalmayan yüksək texnologiyalı silahlar almaq ümidi ilə israrla bir çox ölkələrin qapısını döydü. Buna nail olmaq üçün İrəvan sistemli şəkildə hərbi büdcəsini artırdı. 2024-cü ildə onun 1,4 milyard dollar olması planlaşdırılır.

Papikyanın sözlərinə görə, “Ermənistan silah tədarükü sahəsində ciddi uğurlar əldə edib”.

“Bu prosesdə biz həm də böyük fövqəldövlətlər və digər dost ölkələr səviyyəsində yeni tərəfdaşlar əldə etdik. Söhbət Fransa və Hindistandan gedir, amma hələlik danışmaq istəmədiyim digər tərəfdaşlardan da söhbət gedir”.

Qeyd edək ki, son vaxtlar Paris və Nyu-Dehli Ermənistana əsas silah tədarükçülərinə çevrilib. Lakin Hindistan silahlarının bir çox növlərinin “rütubətini” nəzərə alsaq, çox güman ki, onların ilk alıcısı olan Ermənistan Hindistan hərbi mühəndisləri üçün bir növ təlim poliqonuna çevriləcək.Rusiyalı ekspertlərin mövzu ilə bağlı "Caliber" analitik mərkəzinə şərhlərini oxucularımıza təqdim edirik.

Tanınmış hərbi ekspert Aleksandr Xramçixinin Caliber.Az-la söhbətində qeyd edib ki, “heç vaxt döyüşdə sınaqdan keçirilməmiş silahların keyfiyyətini qiymətləndirmək mümkün deyil”. Onun sözlərinə görə, Hindistan silahları texnoloji cəhətdən açıq-aşkar Rusiya, Qərb və hətta Çin silahlarından aşağıdır.

"Hələlik Hindistanın ambisiyaları onun real imkanlarından xeyli yüksəkdir"- Aleksandr Xramçixin deyir.

Həmsöhbətimiz onu da qeyd etdi ki, Ermənistanın hərbi arsenalında mövcud olan Fransa istehsalı olan Milan tank əleyhinə sistemlər müasir texnologiyalardan uzaqdır. “Bu komplekslərin artıq 50 yaşı var” deyən Xramçixin onların 2020-ci il müharibəsindən əvvəl Yunanıstan tərəfindən Ermənistana verildiyini qeyd edib.

Öz növbəsində, digər rusiyalı hərbi ekspert Vladislav Şurıqin bildirib ki, İrəvan Fransa və Hindistandan silah allmaqla nəyin bahasına olursa-olsun yumurtalarını müxtəlif səbətlərə qoymağa çalışır, lakin ümumiyyətlə, bunun onun üçün heç bir əhəmiyyəti yoxdur. Prinsip budur- kimdən alırsan al, təkcə Rusiyadan alma.

“Bu, Ermənistan rəhbərliyinin Rusiyadan uzaqlaşmaq və Moskva ilə münasibətləri kəsmək siyasətini, o cümlədən alternativ silah tədarükçülərinin axtarışını davam etdirmək cəhdidir. İrəvanın cəmi iki vəzifəsi var. Birincisi, silah ucuz olmalıdır. İkincisi, bunun Rusiya ilə heç bir əlaqəsi olmamalıdır”,- Şurygin bildirib.

İrəvanın regionun hərbiləşdirilməsi cəhdləri ilə bağlı Ermənistanın mümkün revanş alması mövzusunu müzakirə edən rusiyalı hərbi ekspert belə bir ehtimalı tamamilə istisna edərək, Ermənistan və Azərbaycanın hərbi potensialının müqayisəyə gəlməyəcək dərəcədə fərqli olduğunu bildirib. Şurıgin əmindir ki, istənilən qisas cəhdi Ermənistan üçün intiharla nəticələnəcək.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər