PDF Oxu

Siyasət

  • 3 418

Fuad Qəhrəmanlı Əli Kərimlidən üz döndərir - ANALİZ

Fuad Qəhrəmanlı Əli Kərimlidən üz döndərir - ANALİZ

Fakt ondan ibarətdir ki, dağıdıcı müxalifət sağlam rəqabətin əvəzinə təxribatlara üstünlük verir, destruktiv yol tutur. Hətta AXCP, Müsavat, Milli Şura kimi dağıdıcı qurumlar və onların liderləri şər və böhtanları, təxribat xarakterli açıqlamaları ilə cəmiyyətdə gərginlik yaratmağa ümid edirlər. Təbii ki, bu kimi ağılsız addımları ilə ictimai rəydə onlara qarşı olan mənfi münasibəti daha da dərinləşdirmiş olurlar. Diqqətçəkən məqam ondan ibarətdir ki, mövcud reallıqları nəzərə almağa məcbur olan AXCP sədri Əli Kərimli bir sıra iddialarından və təkliflərindən imtina etdiyini bəyan edib. Əsasən də o müxalifətçiliyi monopoliyaya almaq iddiasından imtina etdiyini açıqlayıb. Deyib ki müxalifət olmaq istəyib, ola bilməyənlər də daha seçimlərində sərbəstdirlər: “Müxalifətçilik üzərində monopoliyanı ləğv edirəm. Artıq bu ölkədə hər kəs müxalifətçi ola bilər. Artıq heç kim çəkinməsin. Nəhayət, sərbəst şəkildə müxalifətçiliklə məşğul olun. Bütün birləşmək və ya ayrılmaq istəyən müxalifətçilər, bloqçular və digərləri də artıq azaddırlar. Artıq birləşmək, ittifaq və siyasi birlik qurmaq üçün də icazə tələb olunmayacaq”.

Ə.Kərimli yazdığı statusu ilə təsdiq etdi ki, o və torolları aciz durumdadılar

Ə.Kərimli yazdığı statusu ilə təsdiq etdi ki, o və torolları aciz durumdadılar. Həm də Ə.Kərimli nümayiş etdirdi ki, cəmiyyətin onlara heç bir formada dəstək verməməsi, anormal çağırışlarını qətiyyətlə rədd etməsi fəaliyyətlərində ciddi əngəllər yaradıb. Lakin əməllərinə görə, xalqdan üzr istəməməsi təəccüb doğurur. Çünki, bu məxluq bütün siyasi fəaliyyəti dövründə Azərbaycanın milli və dövlətçilik maraqlara qarşı düşmənçilik mövqeyində dayanıb. Bütün imkanları ilə çalışıb ki, ölkədəki mövcud ictimai sabitliyi pozmaqla cəmiyyətdə xaos və anarxiya yaratsın. Təbii ki, bu təxribatları qarşılığında xaricdəki ant-Azərbaycan şəkədən maliyyə vəsaitləri əldə edib. Bunla bağlı çoxsaylı faktlar mövcuddur. Yəni dəfələrlə AXCP fəallarının Gürcüstan vasitəsi ilə Əli Kərimliyə pul gətirməyə cəhd etdikləri zaman Azərbaycan kömürük əməkdaşları tərəfindən saxlanılıblar. Sonradan istintaq materialları ilə sübuta yetirilib ki, qaçaqmalçılıq yolu ilə Ə.Kərimliyə gətirilən pullarla ölkədə qarşıdurmalar yaratmaq, təxribatlar törətmək planlaşdırılıb. İndi isə dövr dəyişdiyindən, xüsusilə də anormal çağırışlarının nəticə vermədiyini və bunun fonunda xaricdən bir o qədə maliyyə vəsaitinin gəlmədiyini anlayan Ə.Kərimli təsiri altında saxladığı cəbhəçilərə sərbəstlik verir.

Bundan sonra nələr yaşanacaq? Birincisi, dövlətçiyə bağlı müxalifətçilər milli maraqlara zidd fəaliyyətə qoşulmayacaqlar. İkincisi, AXCP daxilində fəal cəbhəçilər özlərinə yeni fraksiyalar yaradacaqlar. Ücüncüsü, trollar təxribat xarakterli statuslar paylaşmağa məcbur edilməyəcəklər. Söz yox ki, bu halların baş verməsi AXCP-nin sonunu gətirəcək. Çünki, daxili xaos parçalanmaya gətirib çıxaracaq. Sosial şəbəkələr də şər və böhtanların aradan qaldırılması isə xarici məkrli dairələrin AXCP-yə ayırdı aylıq vəsaitin tamamilə kəsilməsi demək olacaq. Məhz gözlənilən fəlakəti göz altında aldığındandır ki, baş trol olmaq iddiasından hələ də imtina etməyən Fuad Qəhrəmanlını həyəcan təbili çalan status paylaşmağa məcbur edib. O yazdığı statusunda bildirib ki, Əli Kərimlinin müxalifət üzərində monopoliyasını aradan qaldırmaq barədə son qərarına münasibəti onu qane etməyib: “Əli bəyə bu gecikmiş qərara görə təşəkkür etməyə gərək yox. Bu qədər gecikmiş addımdan sonra bəs indiyə qədər itirilmiş fürsətlərin, imkanların hesabını kim verəcək? Əli bəy bu barədə niyə bir kəlmə də olsun danışmayıb?”

Bir qədər sonra Ə.Kərimli daha bir açıqlama ilə çıxış edəcək: “AXCP adlı firmanı bağlayıram”.

F.Qəhrəmanlı paylaşdığı statusunda pul dağarcığı hesab etdiyi Ə.Kərimlini qınamaqdan, ona qarşı ittihamlar irəli sürüb, təhqir etməkdən də çəkinmir. Bu hal təəccüb doğursa da gözləniləndir. Çünki, pul onun üçün Ə. Kərimlidən də şirindir: “Bir də Əli Kərimlinin müxalifət üzərində monopoliyasını qaldırmaqla bağlı qərarı yenə də tam deyil. Çünki orada bir çox məsələlər göstərilsə də, müxalifət liderliyi barədə bir kələmə də olsun heç nə deyilmir. Əli Kərimli bu yarımçıq qərarı ilə cəbhəçilərin inkişafına əngəl olur. Hamılıqla Əli Kərimlidən tələb etməliyik ki, yeni müxalif siyasi liderlər düzəltmək məsələsini öz paketinə daxil etsin və gecikmədən bu istiqamətdə addım atsın”.

Bir sözlə, yanlış və səhv siyasətin acı nəticəsi AXCP-ni çalxalandırmaqdadır. Yəqin ki, bundan sonra AXCP-nin mövcudluğu uzun çəkməyəcək. Yəni bir qədər sonra Ə.Kərimli daha bir açıqlama ilə çıxış edəcək: “AXCP adlı firmanı bağlayıram”.

İLHAM ƏLİYEV

Digər xəbərlər